(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Dario yalnız qələbəni düşünür: “Heç nə həmin oyunla bağlı deyil”

Dario yalnız qələbəni düşünür: “Heç nə həmin oyunla bağlı deyil”

“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Dario Federikonun futbolinfo.az-a müsahibəsi
 
- Son oyunlarda komanda sanki özünə gəlib...
- Bəli, artıq qalibiyyətlər əldə etməyə başlamışıq. Xallar əldə etməyə davam edəcəyik. Motivasiyanı daha da yaxşılaşdırmalıyıq, oyunlara köklənməliyik.
 
- Çempionata yaxşı başlamamısız. Çox şey itirdiyinizi demək olar?
- Düzdü, Premyer Liqaya yaxşı start vermədik. Lakin bunu unutmalıyıq. Oyundan-oyuna artırıb daha yaxşı oynamalıyıq. Xallar itirməyə haqqımız yoxdur.
 
- Səncə, çempionluq mübarizəsinə qayıda biləcəksiz, yoxsa gecdir?
- Gec deyil, mən çempionluq üçün mübarizə aparacağımıza inanıram. Nə qədər şans var, döyüşməliyik.
 
- Komandanın mövsümə pis başlamasının səbəbini nədə görürsən? Səncə, “Bney Yehuda” məğlubiyyətindən sonra özünüzə gəlməkdə çətinlik çəkdiniz?
- Elə düşünmürəm və məncə, heç nə həmin oyuna bağlı deyil. Hər matç bir tarixdir, o da tarixdə qaldı.
 
- Ötənilki “Neftçi” daha güclü idi, yoxsa indiki komanda?
- Bunu demək çətindir. Fikrimcə, eyni gücdə komandadır. Lakin bunun heç bir önəmi yoxdur. Düşünəcəyimiz şey çempionata pis başlamağımızdır. Amma indi qalib gəlirik və davam etmək lazımdır.
 
- Öz çıxışından razısan? Bəzən oyunun haqqında yaxşı fikirlər səslənmir...
- Mən özümü yaxşı hiss edirəm və gücümü ortaya qoyuram. Cəmi 3 matçda start “11-lik”də yer almamışam. Artıq komandaya daha çox xeyir vermək zamanıdır. Fikrimcə, bundan sonra daha uğurlu oyunlarım olacaq.
 
- Qarşıda “Zirə” ilə matç var. Hansı ki, ilk dövrədə onlara uduzmuşdunuz...
- Evdə oynayacağıq. Mütləq qələbə qazanmalıyıq. Hazırlığımız da bu yöndədir və yalnız 3 xalı düşünürük.
 
- Azarkeşlər komandadan küsüb, onlara hər hansı sözün var?
- Azarkeşlərə deyə biləcək heç bir sözüm yoxdur.
 
- Azərbaycan millisinin oyununu izlədinizmi?
- Millinin çıxışı barədə danışmaq istəmirəm.
 
FƏRİD

 
tarix: 17-10-2019 15:07


 
Xəbər lenti
18.11.2019
17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az