(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

UEFA bir neçə klubu avrokubok oyunlarındakı xoşagəlməz olaylarla əlaqədar cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, Hollandiyanın “Ayaks” klubu İspaniya təmsilçisi “Valensiya”ya qarşı Çempionlar Liqasının səfər oyunu zamanı azarkeşlərinin xoşagəlməz davranışları səbəbindən 50 min avro cərimə olunub. Oktyabrın 2-də keçirilmiş həmin oyunda holland tərəfdarlar arenaya ciddi ziyan vurublar. Bu üzdən “Ayaks” həm də “Valensiya”nın təqdim edəcəyi ziyanın məbləğini ödəməli olacaq. Hollandiya təmsilçisi bundan sonrakı iki səfər oyununa bilet satışı həyata keçirməkdən məhrum edilib. Qitə futbol qurumu “Ayaks”a 1 il sınaq müddəti də tətbiq edib. Həmin oyunda hollandların 6 oyunçusu sarı vərəqə aldığına görə, klub daha 18 min avro cərimə ödəməli olacaq.

Portuqaliyanın “Vitoriya” klubu da 50 min avro cərimələnib. Bu komanda isə Avropa Liqasında Almaniya təmsilçisi “Ayntraxt”a qarşı ev oyununda azarkeşlərinin meydana kənar əşyalar atması, pirotexniki vasitələrdən istifadəsinə görə ziyana düşüb. Almaniyalı tərəfdarlar da stadionda dağıntılar törədiblər. Bu üzdən Frankfurt klubu Gimaraynş təmsilçisi tərəfindən müəyyənləşdiriləcək ziyanın məbləğini meydan sahiblərinin hesabına köçürməlidi. “Ayntraxt” bir oyunluq səfər matçına bilet satmaqdan da məhrum edilib.

Almaniyanın “Borussiya” klubu da Çexiya “Slaviya”sı ilə səfər oyununda azarkeşlərinin davranışına görə 30 min avro cərimələnib. Həmin ÇL matçında almanlar pirotexniki vasitələrdən istifadə ediblər, meydana yad əşyalar atıblar, arenaya ziyan vurublar. Bunun üçün də Dortmund təmsilçisi Çexiya klubuna kompensasiya ödəməlidi.


 
tarix: 18-10-2019 10:42


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az