(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

“Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

“Neftçi”nin sabiq hücumçusu Canluka Sansone özünə yeni komanda tapıb.

Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı forvard vətəninə dönüb.

Baş məşqçi Roberto Bordin tərəfindən bu ilin fevralında "Neftçi"yə gətirilən futbolçu mövsüm başa çatan kimi yola salınmışdı. Həmin vaxtdan bəri işsiz olan Sansoneyə D seriyası komandası "Keriqnola" ehtiyac duyub. Hücumçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. "Keriqnola"nın baş məşqçisi Alessandro Potenza onun təcrübəsinin komandaya kömək edəcəyinə inanır.

Sansone "Neftçi"dən ayrılma səbəbini də açıqlayıb: "Azərbaycanda 3 ay yarım vaxt keçirdim. Yeni macəra axtarışında idim və "Neftçi"nin italiyalı baş məşqçisi komandaya kömək etməyimi istədi. Dərhal qəbul etdim. Ancaq bu müddət mənim üçün çətin keçdi, uyğunlaşa bilmədim. Fərqli mədəniyyət hiss edirdim. Həm də 32 yaşda evli olmamağım mənə çətinlik yaradırdı".

Qeyd edək ki, Canluka Sansone "Neftçi"nin heyətində keçirdiyi 11 oyunda 2 qola imza atıb.


 
tarix: 18-10-2019 13:40


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az