(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

“Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.

Futbolinfo.az xəbər verir ki, 2-ci dövrə 8-ci turun qarşılaşmaları ilə başlayıb. İlk oyun günündə iki görüş baş tutub. 

Öncə ilk dövrəni maksimum nəticə ilə başa vurmuş “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. İlk dövrədə bu rəqibini 3 cavabsız qolla məğlub etmiş Ağdam klubu bu dəfə də favorit hesab olunurdu. Amma erkən qol buraxan qonaqlar bunun dərhal əvəzini çıxsalar da, artığına gücləri çatmayıb. Beləcə, “Qarabağ” bu mövsüm ilk xal itkisi ilə üzləşib.

Günün digər matçı “Keşlə” və “Sabah” arasında baş tutub. Paytaxt klublarının birinci dövrədəki duelində “Keşlə” minimal hesabla üstün olmuşdu. Bu dəfə necə olacağı maraqla gözlənilirdi. Maraqlıdı ki, bu dəfə də hesabı açan "Keşlə" olub. Özü də yenə Vüsal İsgəndərli "Sabah"ın qapısına yol tapıb. Amma "Sabah" son anda məğlubiyyətdən qaçmağı bacarıb.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. “Neftçi” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
8-ci tur

19 oktyabr

“Qəbələ” – “Qarabağ” 1:1
Qol: Q.Alıyev, 3 – İ.İbrahimli, 9.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 6. Simeon Slavçev, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov. 

“Keşlə” – “Sabah” 1:1
Qol: V.İsgəndərli, 16 - H.Ekşteyn, 90+2.
Qırmızı vərəqə: F.İvanoviç, 90+3.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”, 19:15.

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.


 
tarix: 19-10-2019 21:09


 
Xəbər lenti
15.11.2019

22:09   Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47   Emenike yenə klubsuz qaldı

21:05   AFFA-dan Qurbanovun cəzasına endirim

20:40   Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11   “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00   Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49   Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01   Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40   “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20   “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00   Ronaldo rekorda yaxınlaşır

17:41    “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20   “Neftçi”dən darmadağın

17:00   Keyn bunu da bacardı

16:42   AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20   “Real”ın futbolçusu sıradan çıxdı

16:00   Bakıya 1200 uelsli azarkeş gəlib

15:45   “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30   Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15   Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00   Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46   Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30   Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az