(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bolqarıstan futbolunda daha bir istefa

Bolqarıstan futbolunda daha bir istefa

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bir neçə gün öncə doğma meydanda İngiltərəyə 0:6 hesabıyla uduzan və həmin oyunda azarkeşlərinin irqçi davranışı ilə gündəmə gələn Bolqarıstan futbolunda islahatlar davam edir.

Futbolinfo.az xəbər verir ki, matçdan bir gün sonra Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov istefa vermişdi.

Baş verən olaylarla əlaqədar daha bir istefa qeydə alınıb. Belə ki, Bolqarıstan yığmasının baş məşqçisi Krasimir Balkov da postundan getdiyini açıqlayıb.

İcraiyyə Komitəsi tərəfindən müvəqqəti prezident təyin olunan vitse-prezident Mixail Kasabov baş məşqçinin istefasını qəbul edib. O, yaxın günlərdə İK-nın yenidən bir araya gələcəyini və baş məşqçi postu ilə bağlı qərar verəcəklərini bildirib.

Qeyd edək ki, Balkov yığmanı bu ilin may ayından etibarən çalışdırırdı. Bolqarıstan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi 7 oyundan 3-də heç-heçə edib, 4-də məğlub olub və qrupda sonuncu pillədə qərarlaşıb.


 
tarix: 19-10-2019 10:00


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az