(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

“Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

“Qarabağ”ı Premyer Liqanın digər komandalarından ayırmaqda fayda var. Ağdamlılar ilk dövrəni birnəfəsə keçdi. Əsas izləyicisini 7 tura 10 xal qabaqlayan çempionun heyəti qışa kimi fərqi bir az da açmağa imkan verir. Bu səbəbdəən hazırda əsas mübarizə 2-ci pillə uğrunda gedir.

Hazırda bu pilləni tutan “Keşlə” avrokuboklara yollanmağa əsas namizəddi. Ötən mövsümün sonuncusu yayda düzgün islahatlar aparmaqla yüksəlişə nail oldu. Heyətdən uzaqlaşdırılan yararsız futboçuların əvəzinə düzgün transferlər edilib və onlar hələlik ümidi doğruldur.

2-ci dövrənin startıərəfəsndə “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovla söhbətləşməyi lazım bildik. Çünki komandanın durumunu o, daha yaxşı bilir. Tempi saxlayıb-saxlamayacaqlarını da özü dəyərləndirməlidi.

- Tərlan bəy, neçə gündü 2-ci yerdəsiz?

- İki həftədi (gülür).

 

- Bəs, neçə həftə davam edəcək?

- Buna məşqçilər heyəti qərar verə bilməz. Biz hər növbəti oyuna köklənirik. İstərdim ki, mövsümün sonunda indiki mövqeyimizdə olaq. Amma marafon uzundu, 21 tura hər şey mümkündü.

 

- Komandanın indiki mövqedə qalmağa potensialı var?

- Çətin sualdı. Ehtiyat oyunçu baxımından vəziyyət yaxşı deyil. Amma futbolçularıma inanıram. Ümid edirəm ki, sonda yüksək pillələrdə olacağıq.

 

- Heyətin potensialı baxımından neçənci olarsız?

- Elə ikinci.

 

- Heyətiniz hazırda xal şəriki olduğunuz “Neftçi”dən güclüdü?

- Oyun vaxtı güclər bərabər olur. “Neftçi”nin çox güclü hücum xətti var. Amma uğurlu çıxış etmək olar, komandam heç kimdən geri qalmır.

 

- Yəqin hamı kimi siz də zirvədən əlinizi üzmüsüz. Bəs, ən pis halda hansı mövqe sizi qane edəcək?

- Düzü, heç onu fikirləşmirəm. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub. Bunun üçün mübarizə aparırıq. Qışa kimi mümkün qədər çox xal toplamağa çalışacağıq. Mövsümün ikinci yarısına heyət güclənməlidi və o zaman daha da yaxşı olacağıq.

 

- “Keşlə”nin 11 nəfərlə oynadığını demək olarmı?

- 14-15 nəfər deyək. Gənc oyunçularımızdan Ceyhunun, Pərvizin zədəsi sağalmayıb, Ziya Əzizov yoxlama oyununda zədələnib, topuğunda çat var, bu üzdən hətta məşqçlərə də qatılmır. Bu gün də vətəni Hollandiyada müalicə alır, bəlkə də əməliyyat olundu. Limitdə olan digər oyunçularımızdan Orxan Fərəcov və Samir Abdulov ehtiyatımızdadı. Rəşad Sadiqov, Azər Salahlı, Cabir Əmirli və əsas heyətdə daim oynayanlar “Keşlə”ni çiynində daşıyanlardı. Biri sıradan çıxanda əziyyət çəkirik. Məsələn, bu tur Sezar Meza Kolli olmayacaq, deməli, heyətdə rotasiya etməliolacağıq.

 

- Çox azdı...

- Bəli. Bizə hər mövqeyə 2 oyunçu lazımdı, amma 14-15 futbolçu ilə çətindi.

 

- Mövsümün əvvəlində Tərlan Əhmədov istefaya ən tez göndərilə biləcək məşqçilərin siyahısında idi. Lakin indi ən azı qışa kimi postunda qalacağınız gözlənilir. Qışda heyəti gücləndirmək üçün rəhbərlikdən razılıq almısızmı?

- Məşqçinin çemodanı həmişə yanında hazır olmalıdı. Hətta nəticə verib, yola salına bilərsən. “Neftçi”də bu, başıma gəlib. Ötən mövsüm sonuncu olmuşduq, istefamın gözlənilməsi tam təbii idi. Lakin rəhbərlik sağ olsun, güvəndi və etimadı doğrultmaq üçün hər şey edirəm. Yeni komanda qurduq, 90 faiz yenilənmə oldu.

 

- Gedənlər, yola saldıqlarınız özünə komanda tapa bilməyib. Deməli, onlar “Keşlə”yə yük imiş.

- Hamıya uğur arzu edirəm. Peşəkarlıq nəyi tələb edirsə, ona uyğun addım atmışıq. Mən də futbolçu olmuşam, mən də komandadan uzaqlaşdırılmışam. “Neftçi”nin lideri ola-ola məni heyətdən çıxardılar və gedib “Şəfa”da məndən 8-9 yaş balaca olan uşaqlarla birgə mübarizə apardım. Hazırda mehriban kollektiv qurmuşuq və uğurumuzun sirri də bundadı. Gətirdiyimiz futbolçular da ümidi doğruldur.

 

- Yeni legionerləriniz daim əsas heyətdə oynayırlar. Heyətdə daha yaxşısı olmadığına görə belədi, yoxsa həqiqətən əvəzedilməzdilər?

- Həm səviyyəli oyunçulardı, həm də düzü, ehtiyat qüvvəmiz yoxdu. Olsaydı, bəzi oyunçulara istirahət vermək olardı, çünki bəzən buna ehtiyac olur. İlk dövrədə ev oyununuz olmadı. Stadionumuzda təmir işləri getdiyindən rəqiblərimizi fərqli meydanlarda qəbul edirik. Süni qazondan təbiiyə və ya əksinə keçəndə futbolçuların əzələlərində problem yaranır. Bununla belə davam edirik.

 

- Qış planlarınız necədi?

- Rəhbərliklə söhbətimiz olub. Maksimum 3 oyunçu transfer edəcəyik, amma bu say 2 də ola bilər. Legioner götürəcəyik, yerli oyunçu da ola bilər.

 

- Limitə görə heyətdə olan gənc oyunçularınızın əksərində zədə problemi var və siz daim Tural Bayramlıya güvənirsiz. O, zədələnsə və ya cəzalansa...

- Məni də düşündürür, lakin Orxan Fərəcov və Samir Abdulova da inanıram. Tural əsas heyətə uyğunlaşıb, Allah eləməsin ki, ona nəsə ola.

 

- Limit olmasa, nə baş verəcəyini bilmirəm. Amma mən həmişə yerli oyunçulara üstünlük verməyə, akademiya uşaqlarını ən azı məşq proseslərinə cəlb etməyə çalışıram. Düzü, Ziya və Ceyhunu götürəndə əsas heyət üçün onları düşünürdüm. Onların zədə problemi üzə çıxanda Bayramlı variantı yarandı. Həmin vaxt Latviyada “Dauqavpils”də çıxış edirdi. Təsadüfən alındı, oyununa baxan kimi gətirmələrini istədim. Tural variantı əvvəldən olsaydı, heç Ceyhunla Ziyanı götürməzdim. Limit olmasaydı da bu oyunçuya şans verərdim.

 

- Ziyanı Hollandiyadan gətirməyinizə peşmansız?

- Peşman deyiləm, lakin onun fiziki durumu yaxşı deyil. Həm zədəsi, həm də öd kisəsində daş var. Mütləq əməliyyat olunmalıdı. Özü xahiş etdi, dedi ki, gedib Hollandiyada əməliyyat olunmaq istəyirəm, şərait yaratdıq. Uzun müddət olmayacaq.

 

- İlk dövrədə ən xoşunuza gələn oyun...

- Məğlub olsaq da, “Səbail”lə matçın ikinci hissəsi çox xoşuma gəlmişdi. Daha çox isə Qəbələdəki oyun məni sevindirdi.

 

- Ən pis...

- “Səbail”lə matçın ilk yarısı.

 

- “Qarabağ” bu mövsüm ən çətin oyununu sizə qarşı keçirib. Həmin yersiz qırmızı vərəqə olmasaydı, xal da qazana bilərdiz.

- “Qarabağ” çox güclüdü, sabit, oturmuş heyətləri var. Hər şey ola bilərdi.

 

- Lorentso Frutos bombardir olmağa layiq oyunçudu, yoxsa bu, bir təsadüfdü?

- Təsadüfi heç nə olmur, qollar vurursa, deməli, bacarır.

 

- Amil Yunanov da sizə bombardir kimi gəlmişdi.

- Onda alınmadı, indi köhnə komandasına qayıdıb, ona uğur arzulayıram. Frutos qollara davam edirsə, deməli, bacarıqlıdı.

 

- Stanislav Namaşko çempionatın ən yaxşı qapıçısıdı?

- Bilmirəm, bunu jurnalistlər, azarkeşlər müəyyənləşdirir. Hər bir oyunçuma güvənirəm.

 

- Onlara heç əsəbləşmirsiz?

- Yox, mehriban mühit yaratmışıq, hamımız qardaş kimiyik. Məşqdə, oyunda hamı intizamlıdı, iş bitincə yoldaşıq.

 

- Karyeranızda ilk dəfə qismən ürəyiniz istəyən oyunçuları yığa bildiyinizi demək olar?

- AZAL-da maliyyəyə görə, “Neftçi”də başqa səbəblərdən istədiyim heyəti yığmamışdım. İndi isə qismən bunu etmişik. Büdcənin imkan verdiyi qədər iş görmüşük, qışda heyəti bir az da gücləndirsək, yaxşı olacaq. Yerli oyunçu qıtlığı da var.

 

- Qışda gətirəcəyiniz oyunçularla bağlı ipucu verə bilərsiz?

- Əcnəbilər yenilər olacaq. Yerlilərlə bağlı qəti qərar yoxdu, hazırda klubunda çıxış edənlərdi. Vaxt çatsın, danışacağıq, bəlkə heç klublarından ayrılıb gələ bilmədilər. Bizdən gedəcək futbolçu olmamalıdı.

 

- Bu turda Avropa çempionu ilə olimpiya çempionunun komandaları üz-üzə gələcək...

- İqor Ponomaryova hörmətim var, məşqçim olub. Oyunu düşünək, bizə 3 xal lazımdı. Bu matça “Keşlə”ylə “Sabah” arasında adi çempionat matçı kimi baxmaq lazımdı.

 

FƏRİD


 
tarix: 19-10-2019 13:59


 
Xəbər lenti
14.11.2019

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az