(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qəbələdən Bakıya kimi 1:1

Qəbələdən Bakıya kimi 1:1

Autsayderlə liderin arasında ciddi fərq olmadığını dünənki oyunlar növbəti dəfə göstərdi. Premyer Liqada mübarizə aparan 8 komandanın səviyyəsi demək olar, bərabərdi. Hər oyunda sürpriz nəticə reallaşa bilər.
 
Düzdü, “Qarabağ” fərqlidi, çempionu rəqibsiz də saymaq olar. Bəzən belə büdrəmələr olacaq. Ardıcıl 7 qələbədən sonra ilk dəfə paytaxtdan kənara çıxan ağdamlılar mövsümdə ilk xal itkisinə düçar oldu. Lakin 1:1 hesabı heç də yalnız Avropa Liqasında APOEL-ə qarşı həlledici qrup oyunu ərəfəsində olduğu üçün reallaşmadı. Ağdamlılar faktiki əsas heyətlə oynadı. Sadəcə, “Qəbələ” rəqibin planlarını pozmağı bacardı.
 
Ümumiyyətlə, “Qarabağ” milli komandalara görə yaranan fasilələrdən sonra adətən büdrəyir, əziyyət çəkir. Xeyli futbolçusu müxtəlif yığmalara getdiyindən ağdamlılarda sanki ansambl pozulur. Və bu dəfə şansdan qəbələlilər istifadə etdi.
 
Dünən meydanda əsl “Qəbələ” var idi. Yerli akademiyanın uşaqları ilə legionerlərin sintezi uğurlu alınmışdı. Sabiq baş məşqçi Sənan Qurbanovla müqayisədə Elmar Baxşıyevin işi daha çox diqqət çəkir. Gənc mütəxəssis bəzən ustalıqdakı çatışmazlığı əzmkarlıqla sığortalamağı bacarır. Dünən “Qarabağ”la oyunun taleyini məhz bu amil həll etdi.
 
Sənan Qurbanovun az qala sıradan çıxartdığı Qismət Alıyevin oyunu xüsusi vurğulanmalıdı. Dayaq yarımmüdafiəçi heyətdəki boşluqları doldurmaq üçün müdafiənin cinahlarına qoyulur və hər dəfə də problemi həll edir. Dünən isə əsl hücum oyunçusu kimi çıxış edib vacib, qol vurdu.
 
“Qarabağ”da hansısa geriləmədən danışmaq üçün tezdi. Lakin dünən Qurban Qurbanovun futbolçularında aqressiya çatşımırdı. Bəlkə də beyinlər APOEL-lə matçda olduğundan heç kim risk etmək istəmir, zədədən ehtiyatlanırdı. Xal ehtiyatının yetərli olması da futbolçuları arxayınlaşdırmışdı. Bununla belə, faktiki bir səviyyəli mərkəz müdafiəçisinə malik olan, arxa xəttin sağında və mərkəzində bu mövqenin oyunçusunu deyil, nominal birini oynadan meydan sahiblərini yenmək lazım idi. Qonaqların bərabərlik qolunu uzaq məsafədən zərbədən sonra vurduğunu nəzərə alsaq, çempion “qırmızı-qaralar”ın müdafiəsini yara bilmədi.
 
Turun digər oyunu da 1:1 hesabıyla bitdi. Qəbələdəki kimi, Bayıldakı oyunda da 1 xal komandaların haqqı idi. “Keşlə” ilk yarını əla keçirib vacib qolu vurdu, oyun ərzində dəfələrlə şans yaxaladı. Lakin ikinci top gəlməyincə təzyiqi artıran “Sabah” əziyyətinin bəhrəsini gördü. Qonaqlar iki dəfə tiri nişan alandan sonra son saniyələrdə layiq olduqları qolu da vurdular.
 
Tərlan Əhmədov çox yaxşı oyun qurmuşdu. Əlindəki materiala uyğun taktikaya üstünlük verən məşqçi rəqib müdafiəsinin arxasına atılan toplarla xeyli epizod yaratdı və bunların yalnız birindən yararlandı. Amma heyət yetərsizliyi, lazımi ehtiyat qüvvənin olmaması sözünü dedi. Bu üzdən komanda müdafiəyə çox erkən - 60-çı dəqiqədən çəkildi və sonda təzyiqə dözmədi. Halbuki ehtiyatda 2-3 səviyyəli oyunçu olsaydı, “Keşlə” qələbəni əldən verməzdi.
 
“Sabah”da isə sanki strategiya yoxdu. Məşqçi işi görünmür və futbolçular öz ustalıqları hesabına birşeylər etməyə çalışır. İqor Ponomaryovun oyuna müdaxilələri standartdı, əksər vaxt faydasız qalırdı. Klub yeni məşqçi seçimi üçün çox yubanır. Fasilə dönəmində yeni məşqçini seçmək, ikinci dövrəyə onunla başlamaq lazım idi. Zatən Ponomaryovun dərdə dərman olmadığı bəlli idi. Əldə çox yaxşı heyət var, ondan istifadə etmək lazımdı. Sonradan təəssüflənməmək üçün qərar tezləşməlidi, yoxsa bütöv mövsüm əldən gedə bilər.
 
“Sabah”a qətiyyətli məşqçi lazımdı. Elə biri ki, çox yaxşı, amma idarəedilməz hala gələn futbolçuları toparlasın, yığıb-yığışdırsın. Təmkin Xəlilzadənin dünən oyundan sonra etdikləri intizamsızlıq nümunəsi idi. Hətta hakim oyunboyu səhvlər edibsə də, ona bu dərəcədə çılğınlıqla reaksiya vermək doğru deyildi. Baxmayaraq ki, Kamal Umudlu normal oyun idarə etmişdi.
 
İndi final fitindən sonra qırmızı vərəqə alan Təmkin Xəlilzadəni ciddi cəza gözləyir. Hakimlərə hücum çəkən futbolçunu AFFA mütləq cəzalandıracaq. Elə klub da bu şouya biganə qala bilməz. Təmkini bir neçə dəfə bağışlayan “Sabah” əhilləşməyən “ərköyün istedad”ı bu dəfə hətta birdəfəlik qova da bilər. Baxmayaraq ki, millinin aparıcı üzvünü itirmək komandaya ciddi zərbə olacaq.
 
AĞA

 
tarix: 20-10-2019 09:00


 
Xəbər lenti
20.11.2019

13:22   “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00   Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47   Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30   Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15   Almaniya millisində yeni rekordçu

11:53   Mourinyo rəsmən “Tottenhem”də

11:37   İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19   Qərar günü: bundan pisi olmayacaq

11:00   AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40   Maradona istefa verdi

10:20   Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00   “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30   “Yuventus”da yeni müqavilə

09:00   Eranın sonu üçün... ilk müraciət

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az