(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

Əsgər salamı verən İsgəndərli: “Allah hamısını qorusun!”

"Bu gün hamı bilir ki, “Qarabağ” digər klublardan üstündü. Futbolçularının keyfiyyəti, tutduqları yer bunu göstərir. Bu baxımdan “Qarabağ”dan hamı səviyyə fərqinə görə geridi. Digər klublar isə eyni səviyyədədi. Deyərdim ki, 7 klub Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır".

Futbolinfo.az xəbər verir ki, bunu "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib. 24 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sabah"la keçirilən oyunu (1:1) dəyərləndirib.

- Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?
- Oyunun çətin keçəcəyini bilirdik. Vurduğum qol istəyirdim ki, bizə qələbə qazandırsın. Qismət belə imiş, gələn matçlarda qalib gələrik. Bir xal da pis nəticə sayılmamalıdı. “Qəbələ” ilə oyuna ciddi hazırlaşıb, üç xal götürməliyik.

- Vurduğun qoldan sonra əsgər salamı verdin. Bunu Türkiyə ordusuna dəstək üçün etdin?
- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadı. Həm onlara görə, həm də bizim də əsgərlərimiz var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdi. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!

- Çoxlu qol şansları qaçırdınız. Bir xala razı olmağınız qəribə gəlir...
- Oyunu analiz etməyə vaxtımız olacaq. Bizm də, “Sabah”ın da epizodları var idi. Bir az ustalığı artırsaydıq, ikincini vura bilərdik. Ruslan Qurbanovla Sezar Meza Kollinin zədəsi var idi. Həftə ərzində qrip ola-ola məşq eləmişəm. Bu gün oynamaq mənim üçün də ağır idi. Bir xal da pis deyil. Son saniyələrdə qol buraxmağımız üzücü gəlir.

- Növbəti rəqibiniz “Qəbələ” bu gün “Qarabağ”ı büdrətdi...
- “Qəbələ” mübariz komandadı. Narahat deyilik. Öz oyunumuzu göstərib, 3 xal qazanmağa çalışacağıq. 


 
tarix: 20-10-2019 10:00


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az