(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Xəlilzadə üçün təmkinli qərar

Xəlilzadə üçün təmkinli qərar

Təmkin Xəlilzadə karyerasının ən yaxşı vaxtındadı. İstedadlı cinah oyunçusu hazırda milli komandamızın aparıcı üzvlərindəndi. Lakin bəzən xarakteri ona mane olur.
 
Dünən baş tutan “Keşlə” – “Sabah” oyunundan sonra gördüklərimiz matçın özündən maraqlı idi. Təmkin oyundaşlarını, polisləri itələyir, hakimə yaxınlaşmaq üçün çılğınlıq edirdi. Az qala dəlilik həddinə çatmışdı, bəlkə də oyundaşları mane olmasaydı, Kamal Umudluya zərbə də endirəcəkdi.
 
Çox yanlış davranış idi. Lakin belə çılğınlıq üçün səbəb olmalıdı axı. Xəlilzadə heç nədən problem yaradacaq, hakimlərə hücum edəcək oyunçu deyil. Bəli, öz karyerasına ziyan vuran səhvləri olub, amma hakimlərlə heç vaxt problemi olmamışdı. Futboldankənar davranışı, məşqlərə, oyunlara barmaqarası münasibəti əvvəllər olub və bundan da yalnız özü əziyyət çəkib. Dünən başverənlər isə...
 
Müəyyən araşdırma apardıq və bəlli oldu ki, Təmkinin dəliyə dönməsinin səbəbi qırmızı vərəqə alması imiş. Matçın son dəqiqələrində Kamal Umudlu bir neçə dəfə Xəlilzadənin də iştirakçı olduğu epizodlarda cərimə zərbələrini əks tərəfin lehinə verdi. Bundan əsəbləşən Təmkin oyun bitincə hakimdən bunun səbəbini soruşub, narazılığını bildirib. Və Umudlu ona ikinci sarı vərəqəni göstərib.
 
Xəlilzadənin o hərəkətlərinin bəraəti yoxdu, cəzalanması şərtdi. Amma razılaşaq ki, Frits Stuxlikin eksperimentləri olmasaydı, matçı daha təcrübəli referi idarə etsəydi, vəziyyəti sakitləşdirə bilərdi. Şablonla hərəkət etmək çıxış yolu deyil, futbolçuları sakitləşdirmək, onlarla dil tapmaq olar. Təmkin söyüş söysə, aqressiv davranışa yol versə, birbaşa qırmızı vərəqə alardı. Amma ikinci sarı vərəqəyə ehtiyac duyulubsa, deməli, qəbahəti böyük deyilmiş.
 
Təmkini müdafiə etmək fikrimiz yoxdu. Lakin milli komandanı hamımız düşünməliyik. Qarşıda AVRO-2020-nin seçmə mərhələsində vacib 2 oyunumuz var. Məhz həmin oyunları düşünmək lazımdı. İndi “Sabah”ın futbolçusuna ağır cəza verilsə, bundan həm klub, həm də milli komanda ziyan görəcək. Halbuki hakim təcrübəli olsa, vəziyyəti idarə edə bilsəydi, nə futbolçu dəlilik həddinə çatar, nə də uzunmüddətli cəzayla bağlı əndişə olardı.
 
Ümid edək ki, AFFA İntizam Komitəsi qərar verərkən bu məqamları nəzərə alacaq. Çünki Təmkinin ağır cəzaya məruz qalması ilk növbədə milli komandaya ziyan olacaq. İstedadları məhv etmək yox, onları tərbiyələndirmək, bəzən səhvlərinə daha sakit yanaşıb, onları qorumaq lazımdı.
 
CAVAD

 
tarix: 20-10-2019 13:54


 
Xəbər lenti
19.11.2019

13:20   Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00   Millimizə 28 futbolçu çağırıldı

12:41   Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21   Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

09:00   Seçmə mərhələdə son oyun - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az