(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Obradoviçə xüsusi tapşırıq: Rəfiyev yenə istedadların taleyi ilə oynayır

Obradoviçə xüsusi tapşırıq: Rəfiyev yenə istedadların taleyi ilə oynayır

Milan Obradoviç haqqın yolunu tapıb. U-21 yığmamızın baş məşqçisi postunda qalmaq, eyni zamanda daha da irəliləmək üçün ağalarının bir dediyini iki etmir.
 
Milan rəhbərlik etdiyi komandada heç bir irəliləyişə nail olmayıb. U-21 keçirdiyi 5 oyunun 4-də uduzub, hətta Lixtenşteynə tarixində ilk qələbəni də yaşadıb. Hesabımızda olan yeganə qələbəni isə Obradoviçin taktikası yox, hakimlərin səhvi təmin edib. “Dalğa Arena”da Slovakiya millisinə hər iki topu oyundankənar vəziyyətdən vurmuşduq.
 
Əvəzində Obradoviç onu ölkəmizə gətirən adamların planlarını həyata keçirir. O adamların ki, onlar üçün milli komanda şəxsi maraqlarından sonra gəlir. Yığmalar həmin şəxslər üçün bizneslərini qurmaq vasitəsidi.
 
Təbii ki, söhbət əsasən Riad Rəfiyevdən gedir. “Sumqayıt”ın menecer-prezidenti milli komandalarımızda çalışan bütün əcnəbilərin gəlişində birbaşa rol oynayıb. Əvvəllər AFFA-da çalışmış, milli komandaların menecerliyini etmiş bu adam Miloş Velebit, Milan Obradoviç və Nikola Yurçeviçin ölkəmizə gəlişində birbaşa vasitəçi olub və 100 min avrodan çox xidmət haqqı alıb. İndi klub prezidenti olsa da, daha çox qazancını, menecer fəaliyyətini düşünür.
 
Lakin Rəfiyevin məşqçilərlə şifahi razılaşması da var. Belə ki, Riad bəy bu əcnəbilərin layiq olduğundan çox maaş almasına yardım edir – razılaşarsız ki, nə Yurçeviç 1 milyona, nə də Obradoviç 400 min avroya layiq deyil - , əvəzində onun maraqlarını nəzərə almalarını istəyir. Bəhlul Mustafazadənin milli komandaya hansı çətinliklə düşdüyü yadınızda olmalıdı. İndi bütün ölkənin başına and içdiyi müdafiəçi məhz Rəfiyevin sahibi olduğu “3R” menecer şirkəti ilə müqavilə bağlamadığı, agentlik hüquqlarını ona vermədiyi üçün sıxışdırılırdı. Müdafiəçi nəinki əsas heyətə qoyulmur, hətta ehtiyatda mərkəz müdafiəçisinə gərək duyulduğu zamanlarda adı “18-liy”ə daxil edilmirdi. Yalnız mərkəz müdafiəçilərinin hamısı sıradan çıxandan sonra Yurçeviç Bəhlula güvənməyə məcbur oldu və o da oyunu ilə əsas heyətdə möhkəmləndi.
 
İndi eyni oyunu Tural Bayramlı ilə təkrarlayırlar. Gənc oyunçu “Keşlə”nin bütün matçlarında forma geysə də, Obradoviç ona U-21-də şans vermir. Təbii ki, məşqçinin öz baxışı var, düşünmək olardı ki, yarımmüdafiəçi onun planlarına daxil deyil, həmin mövqedə daha yaxşıları var, amma...
 
Milli komandamızın İsveçrə ilə son matçından əvvəl başverənlər şübhəyə əsas verir. Sənəd problemi üzündən Fransada meydana çıxa bilməyən Tural İsveçrə ilə qarşılaşmadan (0:1) öncə əsas heyətlə məşq edirdi. Obradoviç beynində tutduğu start heyəti məşqlərdə sınayırmış və orada Bayramlı da var imiş. Lakin oyundan öncəki gün Rəfiyev Turala “xüsusi təklif” edib və “yox” cavabı alınca taleyi dəyişib.
 
Belə ki, Riad bəy Bayramlının qışda “Sumqayıt”a keçməsini və menecerlik hüquqlarını ona verməsini istəyib. Futbolçu isə “Keşlə”də oynamaqdan mənun olduğunu bildirib və agenti ilə müqaviləsini pozmaq istəmədiyini diqqətə çatdırıb. Səhəri Obradoviç Turalı nəinki start “11-liy”indən, hətta matçın protokolundan kənar qoyub.
 
Ola bilər ki, əsas heyətlə bağlı məşqçinin düşüncələri dəyişsin, lakin daimi oyun praktikası olan birinin ümumiyyətlə, “18-lik”dən kənar saxlanması təsadüf deyil. Özü də Fransada 0:5 hesabıyla yenilən komandanın heyətində ciddi dəyişikliklər etmək lazım olduğu bir zamanda...
 
Milli komandamızın əvvəlki baş məşqçisi Robert Prosineçki də belə oyunlara görə bezib getdi. Az qala hər matçdan əvvəl onun işinə belə müdaxilələr olurdu. Əvvəllər Rəfiyevin tələb/xahişlərini nəzərə alan xorvat sonradan bunun komandaya ziyan verdiyini gördü və imtina etməyə başladı. Belədə onunla müqavilə uzadılmadı, üstəlik, bezdirilməsi, getməsi üçün təzyiqlər başladı. Yekunda son illər yığmalarımızda çalışmış ən uğurlu əcnəbi yola salındı.
 
Göründüyü kimi, AFFA rəhbərliyinin himayəsində olan Rəfiyev və dəstəsi milli komandaların başında dəlləklik etməklə məşğuldu. İstedadlı futbolçularımız bu şəkildə həvəsdən salınır, onların haqqı yeyilir. Obradoviç isə həm öz müqaviləsini düşünür, həm də əsas milli komandada gözü olduğundan onu bu komandaya yüksəltmək iqtidarında olan şəxslərin tapşırığına “baş üstə” deyir. Biz isə niyə 1 xalla qrup sonuncusu olduğumuzun xiffətini çəkirik.
 
FƏRİD
 

 
tarix: 21-10-2019 09:00


 
Xəbər lenti
13.11.2019

09:21   Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az