(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavid Hüseynov: “Deməzdim ki, bu, ən pis oyunumuz idi”

Cavid Hüseynov: “Deməzdim ki, bu, ən pis oyunumuz idi”

“Zirə”nin kapitanı Cavid Hüseynov Premyer Liqanın 8-ci turunda qarşılaşdıqları “Neftçi” ilə oyundan sonra Sportinfo.az-a müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Yeni baş məşqçi Zaur Həşimovun debüt oyununda böyük hesabla uduzduz.
- Bugünə kimi oynadığımız görüşlərdə hər kəs deyirdi ki, sanki istək, motivasiya çatışmır. "Neftçi" ilə matçda çalışırdıq ki, istəkli oynayaq, yəni, mübarizə aparaq. İlk hissədə məncə, bu hiss olunurdu. Sadəcə, asan qollar buraxdıq. Biz də əlimizə düşən şanslardan istifadə edə bilmədik və nəticədə bu cür acı məğlubiyyətlə üzləşdik.

- Şans demişkən, axı 90 dəqiqə ərzində çərçivə istiqamətinə heç bir təhlükəli zərbə endirmədiniz.
- Mən Nordeye ötürmə verdim, təkbətək çıxdı. Yadındadır həmin epizod?

- Amma qapıya zərbə olmadı həmin anda...
- Qapıya özü getmədi. Bu, məgər şans deyil? Tək Sonini demirəm, yaratdığımız qol vəziyyətlərindən danışıram. Amma bu epizodu qola çevirmək artlq futbolçuların özündən asılıdır. Mən də onun yerində ola bilərdim. İkinci hissə başlayan kimi topu irəli ötürdüm, sonra rəqib 4-5 ötürməyə gəlib qol vurdu. Bu da onların şansı idi, əllərinə düşdü, istifadə etdilər. Çox asan, bəsit qollar buraxırıq. Çətin olacaq. İtirdiyimiz xallar bizə gələcəkdə baha başa gələ bilər. Mükafatçılar sırasına düşmək imkanımızı itirə bilərik. Amma hələ gec deyil. Kağız üzərində şanslarımız qalır.

- Razısan ki, bu gün "Zirə" mövsümün ən zəif oyununu göstərdi?
- Yox, razı deyiləm. 1:0-dan sonra 46-cı dəqiqədə 2-ci qolu buraxmasaydıq, başqa cür ola bilərdi. Deməzdim ki, bu, ən pis oyunumuz idi.

- Yeni baş məşqçinin gəlişi ilə komandada dəyişiklik hiss olunur, yoxsa hələ zamana ehtiyac var?
- Hər məşqçinin öz fikri var. Söhbət oyun taktikasından gedir. Zaur Həşimovla Samir Abasov komandanı tamamilə fərqli üslubda oynadırlar. Çalışacağıq ki, Zaur müəllimin dediklərinə əməl edək.


 
tarix: 21-10-2019 09:15


 
Xəbər lenti
13.11.2019

09:21   Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az