(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Dario Federiko: “Qara zolaq”dan çıxdıq”

Dario Federiko: “Qara zolaq”dan çıxdıq”

“Neftçi”nin yarımmüdafiəçisi Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə 3:0 hesablı qələbəni şərh edib:
 
- Ardıcıl üçüncü vacib qələbəmizi qazandıq. Bu qələbə ilə artıq ikinci yerdəyik. Bununla kifayətlənməməli, üzərimizdə çalışmalıyıq. Çalışmaqla daha yaxşı nəticələr gələcək.
 
- “Neftçi” “qara zolaq”dan çıxdı?
- Məncə, ardıcıl üç qələbə ilə bu vəziyyətdən çıxdıq.
 
- “Zirə” üzərində qələbə sizin üçün asan oldu?
- İnanmıram ki, hansısa oyun “Neftçi” üçün asan olub. Çünki həmişə vuruşmuşuq, mübarizə aparmışıq. Qələbəmizi əzmkar qazanırıq. Asan oyun olmadı.
 
- “Qarabağ”a çatmaq mümkün olacaq?
- Sona qədər mübarizə aparacağıq. Hər oyun qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt çalışacağıq ki, büdrəməyək. Bununla daha da yaxınlaşmağa çalışacağıq.
 
- Azarkeşlərlə aranız düzəlir? Çünki bu gün istefa şüarı səsləndirmirdilər.
- Hər futbolçu üçün sevincli haldı ki, onu meydanda azarkeşlər dəstəkləsin, qələbəyə ruhlandırsın. Biz hər oyun azarkeş dəstəyini hiss edirik. Əvvəllər başa düşmürdüm ki, onlar niyə tez-tez istefa şüarı səsləndirir. Sevindirici haldı ki, bizi dəstəkləməyə başladılar. Onlardan bunu hər oyun gözləyirik.
 
- “Qarabağ”ın xal itirməsinə sevinirsiz?
- Əlbəttə, çempionluğa oynayan klub özündən öndə gedən komandanın xal itirməsini görəndə sevinir.


 
tarix: 21-10-2019 09:45


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az