(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Orxan Sadıqlı: “Onların problemi “Xəzər Lənkəran”ladı”

Orxan Sadıqlı: “Onların problemi “Xəzər Lənkəran”ladı”

“Zirə”nin qapıçısı Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə 0:3 hesablı məğlubiyyəti şərh edib:
 
- Oyuna ciddi hazırlaşmışdıq. Rəqibin bir-iki epizodda bəxti gətirdi, erkən qol vurdular. Evdə oynadıqları üçün üstün tərəf idilər. Onları qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərlə olan hal normaldı. Bu, hər ölkədə baş verir. Əsas odu, buna fikir verməyəsən. Şükürlər olsun ki, təhqirlərə yol vermədi. Zaur Həşimovla ilk oyunumuz idi. İstəyirdik ki, yaxşı nəticə əldə edək. Ən azı bir xal qazanmaq istəyirdik. Alınmadı, qismət belə imiş.
 
- Ən zəif oyununuzu keçirdiyinizi söyləmək olar?
- Zəif deməzdim. Bizim komandada kompaktlıq yoxdu. Bir yerdə oynaya bilmirik. Yeni komandayıq və çatışmayan cəhət budu. İnşallah, yeni baş məşqçi ilə bunu aradan qaldırarıq. Bizə təcrübə yığmaq lazımdı. Yeni heyət formalaşıb. Əcnəbi oyunçumuz çoxdu. Legionerlərlə dil tapmaq bir az çətin olur. Çempionat uzundu. Kompakt oynamalıyıq. İstəkli oynayırıq. Fərdi cəhətdən götürsək, güclü oyunçularımız var. Sadəcə, kollektiv oynamırıq. Bunu da gələn oyunlarda düzəldəcəyik.
 
- “Zirə” medallar uğrunda mübarizə apara biləcək?
- Əlbəttə! Aparacağıq, niyə də yox?! İki-üç qələbədən sonra 2-ci yerə qədər qalxmaq olur. Məqsədimiz Avropa Liqasına yollanmaqdı. Ölkə kubokunda da maksimum irəli getmək istəyirik. Kollektiv oyun bizdə çatışmır. Müdafiə olunmaq hücumdan başlayır. Qol buraxırsansa, hardasa axsaqlıq var. Bizim ikinci buraxdığımız qol buna nümunədi. Deməli, hardasa düzgün hazırlaşmamışıq. Çalışmaq lazımdı.
 
- Azarkeşlərin sənin ünvanına səsləndirdiyi şüarlardan sonra əsəblərinə hakim ola bildin?
- Öyrəşmişəm buna. Onların problemi “Xəzər Lənkəran”ladı. İndi bunu normal sayıram. Gənc olsaydım, bəlkə də, başqa nəsə yaşana bilərdi. Özümü də bu oyuna hazırlamışdım. Şükürlər olsun ki, nəsə baş vermədi. Təhqir olsaydı, bəlkə də, başqa şey olacaqdı. Azarkeşdi, nə deyə bilərsən? Ona əlin çatmır, ağzına gələni danışa bilər. Möhkəm olmaq lazımdı.
 
- Formanı göstərərək onlara nəsə demək istəyirdin?
- Xeyr, bu, “Xəzər Lənkəran”la mənə aid məsələdi. Onlar da bilir ki, bu komanda qəlbimdədi. 13-14 yaşından “Xəzər Lənkəran”da idim. İndi isə “Zirə”nin uğurları üçün çalışıram. Hər futbolçunun yetişdiyi akademiya olur. Mən də “Xəzər Lənkəran” yetirməsiyəm. Əvvəldən “Neftçi” ilə rəqabət aparmışıq. Onların da, bizim də qələbələrimiz var. Keçmişlə deyil, indi ilə yaşamaq lazımdı.


 
tarix: 21-10-2019 09:28


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az