(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi” və “Sumqayıt”ın turu

“Neftçi” və “Sumqayıt”ın turu

“Neftçi” yenə 2-ci pillədədi. Mövsümə uğursuz startın yaratdığı gərginlikdən qurtulan bakılılar qələbələri sıralayır, rəqiblərinin xal itkilərindən məharətlə yararlanır.
 
Bir gün öncə “Qarabağ”ın büdrəməsi Roberto Bordinin yetirmələrinə əlavə motivasiya oldu və “Zirə”ylə görüşdə çox istəkli “Neftçi” gördük. Rəqibin heyətindəki itkilər də işə yaradı və ardıcıl qollar rahat qələbə gətirdi. Artıq “istefa” şüarları da azalıb, azarkeşlər relsə düşən komandanı dəstəkləməyi üstün tuturlar. Əslində, ən doğru davranış da budur.
 
Zaur Həşimovun gəlişi ilə toparlanacağı gözlənilən “qartallar”a gəlincə, hər şey tərsinə oldu. “Neftçi”nin aramsız hücumları qarşısında aciz görünən qonaqların müdafiəsi təzyiqə dözmədi. Hələ hesab açılana kimi Bəxtiyar Həsənalızadə 4 dəfə uşaq səhvi etmişdi, lakin qol vurularkən onun günahı yox idi. Əvəzində fasilədən sonra onun yanlışları həlledici oldu.
 
Bununla belə, “Zirə”nin məğlubiyyətini bir futbolçuya bağlamaq olmaz. Həm yarımmüdafiədə, həm də hücumda heç nə alınmadı. Bunda isə “Neftçi”nin əzmkarlığı da rol oynadı. Xüsusilə cinah hücumları təhlükəli olan meydan sahibləri təkqapı oynayırdı. Samir Abasovun heyəti düzgün komplektləşdirməməsi bir yana, tətbiq etdiyi oyun modelini dəyişmək də çətindi. Futbolçular yeni məşqçinin tələblərinə öyrəşənə kimi xeyli zaman keçəcək.
 
“Səbail” də enişdə olan komandalardandı. Son 4 tura cəmi 1 xal toplayan Aftandil Hacıyevin yetirmələri yalnız mövsümün əvvəlindəki uğurlu deriyaya görə hələ də ilk “dördlük”dədi. Heyət yetərsizliyi zaman keçdikcə özünü daha çox göstərir və nəticələrdə əksini tapır.
 
Bununla belə, “Sumqayıt”ın səfər qələbəsinə kölgə salmaq olmaz. Komanda oyuna düzgün yanaşdı, əzmkar oynadı və vacib qələbə qazandı. Ələ düşən azsaylı fürsətlərdən maksimum yararlanan “kimyaçılar” müdafiəsinin etibarlılığı ilə öyünə bilər.
 
Beləliklə, “Neftçi” və “Sumqayıt”ın turu onların turnir cədvəlində irəliləməsinə də şərait yaratdı. Komandalar arasında xal fərqi yavaş-yavaş artır. İndiyədək onlar 1 xal intervalıyla düzülmüşdüsə, indi bu fərq ikiqat artıb.
 
AĞA

 
tarix: 21-10-2019 10:08


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az