(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Norde: “Konsentrasiyanı itirdik”

Norde: “Konsentrasiyanı itirdik”

“Zirə”nin futbolçusu Soni Norde futbolinfo.az-a müsahibə verib. O, müsahibəsində komandanın uğursuz oyunlarından, “Neftçi”yə məğlubiyyətdən danışıb:

- “Neftçi” kimi komandaya qarşı oynamaq asan deyil. Çünki onlar güclü komandadırlar. “Zirə” ilk 45 dəqiqəni yaxşı oynadı. İkinci hissədə isə konsentrasiyanı itirdik. Daha 2 qol buraxdıq. Lakin futbolda hər şey baş verə bilər.

- Özün çıxışından razısan?
- Düşünmürəm ki, pis oynadım. Sadəcə, komanda məğlub olursa, demək, sən də yaxşı çıxış etməmisən.

- Adətən yeni baş məşqçi gələndə komanda uğurlu oyun keçirir…
- Bizim yeni baş məşqçimiz var və onun yaxşı çalışdırıcı olduğunu düşünürəm. Fikrimcə, futbolçulara bələd olmaq üçün onun zamana ehtiyacı var. İnanıram ki, yeni məşqçimizlə daha yaxşı işlər görəcəyik.

- Səncə, “Zirə”nin mükafatçılar sırasına düşmək şansı var? Mövsümün gedişindəki dəyişikliklər komandalara yaxşı təsir etmir…
- “Zirə”nin avrokuboklara vəsiqə verən yerlərdə qərarlaşması üçün şansı çoxdu. Biz FİFA-nın fasiləsindən mövsümə yaxşı başladıq. İndi daha da güclü olduğumuzu göstərməliyik. Qış fasiləsinə qədər 6 oyunumuz qalıb. Bu matçlardan bacardığımız qədər çox xal əldə etməliyik.

- Lakin itirilən xallar sizə pis təsir edə bilər…
- Mən dəqiq deyə bilmərəm ki, mövsümün sonunda hansı pillədə olacağıq. Onu bilirəm ki, sona qədər döyüşəcəyik. Ən azından ilk “3-lük”də qərarlaşmaq istəyirik.

- Qarşıda “Sabah”a qarşı çətin oyununuz var. Rəqib də baş məşqçi dəyişikliyinə əl atıb. Hər futbolçu meydanda özünü göstərməyə çalışacaq…
- “Sabah” yaxşı komandadı və bizim üçün asan olmayacaq. Lakin 3 xalın bizə necə lazım olduğunu hamı bilir. Çox ciddi şəkildə hazırlaşacağıq.

- “Qarabağ” və “Neftçi”dən başqa digər komandaların yalnız 3-cü yer üçün mübarizə aparacağı ilə razılaşırsan?
- Futbolda hər şey mümkündü. Bilmək olmaz ki, kim 1-ci, kim 2-ci, kim 3-cü pillədə yer alacaq.

FƏRİD


 
tarix: 21-10-2019 17:02


 
Xəbər lenti
12.11.2019

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az