(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Aylton APOEL-lə matçların həlledici olacağı ilə razılaşır: “İstər-istəməz acı xatirə qalıb”

Aylton APOEL-lə matçların həlledici olacağı ilə razılaşır: “İstər-istəməz acı xatirə qalıb”

“Qarabağ”ın braziliyalı legioneri Aylton Silvanın futbolinfo.az-a müsahibəsi

- “Qəbələ” ilə matçda xal itkiniz gözlənilməz oldu...
- Ora qələbə üçün getmişdik. Məqsədimiz 3 xalı əldə etmək idi. Təəssüf ki, istəyimiz reallaşmadı. Amma sona qədər mübarizə apardıq. Sona qədər qalibiyyət topunu vurmaq üçün çalışdıq. Lakin rəqib müdafiədə inadkar idi. Nəticədə 1:1-lik heç-heçə etdik.

- Bu xal itkisi komandaya pis təsir etməyəcək? Ardıcıl 7 oyunluq qələbə seriyasından sonra...
- Qətiyyən belə düşünmürəm. Bunun bizə mənfi təsiri olmayacaq. Hər matça qalibiyyət üçün çıxırıq. Hər dəfə çox ciddi hazırlaşırıq. Amma istədiyinizi hər zaman edə bilmirsiniz. Çalışacağıq ki, qarşıdakı oyunumuz daha uğurlu olsun. APOEL-lə matçda qalib gəlməyə çalışacağıq.

- APOEL-lə oyuna komanda hazırdı?
- Əlbəttə ki, hazırıq. Neçə aydı ki, bir yerdə məşq edirik və çalışırıq ki, uğur qazanaq. Bu oyuna köklənmişik. Bütün konsentrasiyamızı əhəmiyyətli matça yönəltmişik. Maksimum nəticə qazanmalıyıq. Bunu bacaracaq gücümüz var.

- Bu qarşılaşmanı qrupdan çıxmaq üçün ən vacib matç adlandırmaq olar? Hər kəs düşünür ki, APOEL-lə matçlar həlledici olacaq...
- Tamamilə razıyam. Təbii ki, qrupda “Düdelanj” da var. Lakin mən də bu fikirlərlə razıyam ki, qrupda ikincilik uğrunda mübarizəmiz APOEL-lə olacaq. Onları əsas rəqibimiz saymaq olar. Ona görə də bütün diqqətimizi yönəltmişik ki, Kipr klubu üzərində qələbə qazanaq, onlardan xallar alaq. İşimizi daha da asanlaşdıraq.

- Çempionlar Liqasında sizi məğlub edən APOEL-lə qarşı qisas hissi varmı?
- İstər-istəməz həmin oyunlardan bizdə pis xatirə qalıb. Baxmayaraq ki, onlara qarşı hər iki oyunda yaxşı çıxış etmişdik. Təəssüf ki, rəqib mərhələ adlamışdı. Həmin matçlardakı acı nəticələr bizim bu qarşılaşmaya daha çox motivasiya olmağımıza səbəbdi. Yəni daha çox köklənməliyik.

- APOEL-i udan “Düdelanj” üzərində inamlı səfər qələbəsi qrupdan çıxmaq üçün ümidləri artırıb...
- “Düdelanj”la səfər oyunu bizim üçün yaxşı alındı. İstədiyimiz oyunu göstərə bildik və böyükhesablı qələbəyə sevindik. Düşünürəm ki, o matçda daha çox qol vurmaq imkanımız var idi. Məyusedici məqam isə qarşılaşmanın sonlarında qol buraxmağımız idi. İstənilən halda 3 xal önəmlidi, çox qol vurmaq yox. Artıq “Düdelanj”la matç çox arxada qalıb. Növbəti matçlara daha yaxşı köklənmək lazımdı. Komandamızın yaxşı potensialı var, qrupumuz da nosbətən əlverişlidi və növbəti mərhələyə çıxmaq şansımız var. Lakin qarşıdakı oyunlardan yaxşı nəticə qazanmaq lazımdı ki, arzumuzu reallaşdıraq.

FƏRİD


 
tarix: 22-10-2019 15:19


 
Xəbər lenti
20.11.2019

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az