(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Ağsu” aşırımı

“Ağsu” aşırımı

AFFA “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində 2 futbolçu haqda hökm verdi. Xeyli vaxtdı açıq bazara çevrilən Birinci Divizionla bağlı çoxdan gözlənilən qərar çıxarıldı.
 
Düzdü, açıqlanan qərarın yalnız 2 futbolçunu əhatə etməsi heç də problemin həlli demək deyil. Divizionda mübarizə aparan əksər komandaların adı danışılmış oyunlarda, bukmeker kontorları ilə əlaqədə hallanır. Lakin görünür, faktlar kifayət qədər əsaslı deyil ki, “Rəvan  və “Şərurspor” kimi hansısa komandanı mövsümün gedişində yarışdan uzaqlaşdırmaq mümkün deyil. Şübhələr var, sübut edən dəlillər yox. Ən yaxşı halda “Bakılı”, “Göyəzən” və başqaları kimi yeni mövsümdə də kimlərsə yarışa buraxılmaya bilər. Hələliksə böyük partlayış səsini eşitdirmədən kiçik qərarlarla problemin üstü örtülür.
 
Bu addımla hər gün siqnal, sirkulyar məktub göndərən UEFA-ya tədbirlər görülməsi haqda görüntü edilir. Bəlkə də doğrudu, lakin əhatə dairəsini kiçik saxlamaqla həm də virusu təmizləyə bilmədiklərini nümayiş etdirirlər.
 
Qərarda yazılıb: “Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur”.
 
AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib. Deməli, məsələ hələlik yekunlaşmayıb, bu futbolçuları günahkar saymamalıyıq, sadəcə, hər şey aydınlaşana kimi onların futboldakı fəaliyyəti dondurulub.
 
Səbəbkarlardan biri Elçin Həşimov sportinfo.az saytına müsahibəsində ittihamları rədd edib: “2-3 nəfər oturub orda, heç bir sübut olmadan qərar verib. Bu, balaca ittiham deyil. Hazırda şəhərə gəlirəm. Bunu belə qoya bilmərəm. Məhkəməyə müraciət eliyəcəm, məktublar yazacam. Elə bir şey ola bilməz. Demək olar, "Ağsu" yaranandan - 2012-ci ildən bu komandadayam. Heç vaxt belə şey mümkün deyil. Heç bir fakt olmadan götürüb qərar çıxarırlar. Apellyasiya Məhkəməsinə müraciət edəcəm. Mən belə qalası deyiləm ki? Bilirsiz, nə deməkdir bu? Çox pis ləkədir. Şəxsən mənə bu, çox pis təsir edir. Oturublar orda, 1 dəqiqənin içində heç nədən qərar verirlər. Araşdırmadan, sübut olmadan adama ləkə yaxmazlar. Vallah, düzgün deyil bu”.
 
Deməli, indi ittihamları sübut etmək hüquq-mühafizə orqanlarının işidi. AFFA ötürməni onlara verib. Biz də heç nə dəqiqləşmədən şərh etməyək. Prosesin gedişini izləməliyik.
 
Yuxarıda yazdıqlarımız problemin bilinən tərəfidi. İndi görək, xeyli klubun adı hallanan bir zamanda nəyə görə məhz “Ağsu” qarmağa keçib?
 
İllərdi bu klub haqda oxşar informasiyalar dolaşırdı. Nəhayət, ilişdilər. Və bu ilişən komanda AFFA-nın, SOCAR-ın 10 ilə yaxındı bəslədiyi komandadı. Hər il 300-500 min manar xərclənir və ortada heç nə yoxdu. “Ağsu” bugünədək nə bir futbolçu yetşdirib, nə hansısa uğuru olub. Sadəcə, kiminsə sayəsində bu rayona “stavka” edilib, əsl futbol bölgələri yaddan çıxıb.
 
"Ağsu"nun icraçı direktoru Rəşad Kərimovun dediklərinə diqqət yetirək: “Məndə olan məlumata görə şübhələr son iki oyunla (MOİK və "Keşlə-2" ilə matçları nəzərdə tutur - red) bağlıdır. Məsələ 0:4 hesabı ilə uduzmağımızdadır. Məndən həmin futbolçuların AFFA-ya göndərilməyini xahiş etdilər. Mən də göndərdim…
Ruslan komandaya yeni gəlib. İlyarımdır bizimlədir. Oyunda çatışmazlıqlarını görürəm. Amma dəqiq nəsə deyə bilmirəm. Əlimdə fakt yoxdur. Bəlkə UEFA, AFFA-nın məlumatı var, bu səbəbdən belə bir iddia irəli sürürlər…
 
Hamı "Ağsu"nun vəziyyətinə kənardan baxıb deyir ki, komanda niyə uduzdu. Nəsə fikir bildirmək üçün komandanın içində olmaq lazımdır. Limit başımıza oyun açır. Futbolçu tapa bilmirik. Məcburiyyətdən 6 nəfər limitə uyğun futbolçu oynatmalıyam. Bir ölkədə 1998-ci il təvəllüdlü neçə oyunçu yetişə bilər ki? Bilirsiz ki, onların da ən yaxşıları Premyer Liqa klublarındadır. Heç futbolçuların özləri də bura gəlmək istəmir. "Qarabağ"da çıxış edən futbolçu fikirləşər ki, gedim, "Ağsu"da oynayım? Əlbəttə ki. yox. Bu yaşdakı futbolçunun düşündüyü daha yaxşı komandada oynamaqdır…
 
Belə deyim sizə, bizim ən çox qaçan futbolçumuz 55-ci dəqiqədə ayağının qıc olduğunu, qaça bilmədiyini deyirsə, deməli, komandanın fiziki gücü yoxdur. Razıyam, son iki ildə - limitdən sonra çox pis nəticələr qeydə alınır. Halbuki əvvəlki illərdə ilk "üçlük" uğrunda oynayan komanda olmuşuq. Limit bizə çətinlik yaradır. Məcburiyyətdən bura gələn 1998-ci il təvəllüdlü istənilən futbolçunu komandaya götürürük…”
 
Təkcə bu ifadələrə görə “Ağsu”nu ümumiyyətlə, futboldan silmək və ya rəhbər heyətini dəyişmək lazımdı. 7 ildi divizionda oynayan, uşaq komandaları olan klub bəs nə ilə məşğul olub? Təkcə klubun öz yetirmələri bu gün “Ağsu”nun yaşaması üçün kifayət etməli idi. Deməli, işlər düzgün qurulmayıb, sabaha yönəlik heç bir iş görülməyib. Sadəcə, gələn pul talanıb, vəssalam.
 
Bu məsələyə Nazim Süleymanovun rəhbərlik etdiyi Həmkarlar İttifaqı da biganə qalmamalıdı. Futbolçularla həmrəy olmaq üçün əla fürsətdi. Onların hüquqlarını qorumaq, haqlıdılarsa yanlarında olmaq gərəkdi. Ümumiyyətlə, araşdırmaların ədalətlə aparılması üçün mütləq prosesə müdaxilə etmək lazımdı. O zaman yeni quruma inam da artar.
 
FƏRİD

 
tarix: 23-10-2019 10:11


 
Xəbər lenti
15.11.2019

14:30   Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az