(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Uşaq futbolunda tək çiçək – “Qəbələ”

Uşaq futbolunda tək çiçək – “Qəbələ”

Ölkənin uşaq futbolunun əsas ağırlığı bu gün “Qəbələ”nin çiyinlərinə yüklənib. Akademiyası ilə adından söz etdirən bölgə klubu çoxillik əziyyətin bəhrəsini indi-indi görür. Məhz əsas komandanın maliyyə sıxıntısına düşdüyü cari mövsümdə akademiyanın yetirmələri dada çatıb.
 
“Qəbələ” yayda bəzi yetirmələrini satmaqla nəfəs aldı, qalanları da heyəti formalaşdırdı. Premyer Liqa matçlarında start heyətdəki oyunçuların yarıdan çoxunu məhz akademiyada yetişənlər təşkil edir.
 
Vaxtilə “Bakı” akademiyası futbolçu fabrikinə çevrilmişdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, burada kifayət qədər futbolçu yetişdi. Elə indi də əksər klublarımızda paytaxt təmsilçisinin yetirmələri var, onlar milli komandalarımızda da baş roldadı. Lakin “Bakı” fəaliyyətini dayandırdığından başlanan böyük yol davam etmədi.
 
İndi “Qəbələ”də də hər şey əla deyil, klub maliyyə sıxıntılarının məngənəsindədi. Bununla belə, rəhbərlik yetişdirdikləri, öz övladları kimi baxdıqları yeniyetmələri taleyin ümidinə buraxmaq istəmir. Bəzən əsas komandada problem yaransa da, akademiyaya diqqət azalmayıb.
 
“Qəbələ” yetirmələrini qitə səhnəsinə də çıxarır. APOEL-lə sabahkı oyun həm də akademiya uşaqlarının sınağıdı. Kiprdə qeydə alınan heç-heçəni (1:1) ümumi qələbəyə çevirmək, yola davam etmək lazımdı. Lakin bu baş verməsə də, bölgə təmsilçisinin məktəbində görülən işlər gözardı edilə bilməz.
 
Təsadüfi deyil, bu gün “Neftçi” istisna olmaqla, bütün Premyer Liqa klublarında “Qəbələ” yetirməsi oynayır. Güclülər dəstəsi oyunlarında ən azı adı iştirak ərizəsinə salınanları saysaq, ümumi say 20-ni keçir. Ən azı 2 il akademiyada hazırlıq keçmiş, indi isə müxtəlif klublara səpələnmiş futbolçuların siyahısı belədi:
 
QƏBƏLƏ
Amin Seydiyev, Qismət Alıyev, Murad Musayev, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Ülvi İsgəndərov, Rövlan Muradov, Faiq Hacıyev, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı
 
QARABAĞ
Hacıağa Hacılı
 
KEŞLƏ
Murad Qayalı
 
ZİRƏ
Elvin Camalov, Tellur Mütəllimov
 
SUMQAYIT
Amil Yunanov, Ehtiram Şahverdiyev, Baxşəli Baxşəliyev
 
SABAH
Abbas Ağazadə, Bəhlul Mustafayev
 
SƏBAİL
Turan Manafov
 
Bundan başqa, Kamal Mirzəyev, Fərid Nəbiyev, Samir Qurbanov və Kamran Quliyev ölkə xaricindədi, legioner həyatı yaşayır. Bu oyunçuların əksəriyyəti hansısa yığmanın üzvləri olduğunu nəzərə alsaq, deməli, “Qəbələ”də normal işlər görülüb. İndi bu akademiyaya dəstək olmaq, daha da böyüməsinə yardım etmək lazımdı. Bu bölgə təmsilçisi də sıradan çıxsa…
 
CAVAD

 
tarix: 23-10-2019 12:27


 
Xəbər lenti
14.11.2019

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az