(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Gözəl: “Qarabağ” bu fürsəti qaçırmamalıdı”

Tahir Gözəl: “Qarabağ” bu fürsəti qaçırmamalıdı”

Avropa Liqasının qrup mərhələsində evdə APOEL-lə 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, klub rəsmisi oyunu şərh edib:

- Bu oyunun nəticəsinə adam üzülür. “Qarabağ”ın oyunu möhtəşəm idi. Ona görə üzülürük ki, “Qarabağ” burda qalib gəlməli idi. Oyunumuzla buna layiq idik. Çox epizodlarımız oldu. Səhvlərimiz də oldu. Buna baxmayaraq, performans möhtəşəm alındı. “Qarabağ” Azərbaycanı qürurlandırdı. Qrupda 2-ci yerdəyik. Bu o deməkdi ki, mübarizəni davam etdiririk. “Qarabağ” bugünkü kimi oynamağa davam etsə, inşallah, tarixdə etmədiyini reallaşdıracaq və mərhələni keçəcək. “Qarabağ”dan məmnunam. Bu oyun xoş təsir bağışladı. Burdan qalib çıxmalı idik. Mübarizəyə davam edəcəyik.

- “Qarabağ” APOEL-i Kiprdə bir dəfə məğlub edib. Bu dəfə də reallaşdırmaq olar?
- Əlbəttə, olar. “Qarabağ” bu gün oyuna dominantlıq edirdi. APOEL ciddi rəqibdi. Amma Kiprdə qarşılarında güclü “Qarabağ” görəcəklər. Səfərə böyük əzmlə yollanacağıq. Klubuma inanıram.

- Nəticədən razı qaldınız?
- Xeyr! Biz bu gecə qalib gəlməyə layiq idik. Bərabərlik də pis deyil. Hesab edirəm ki, üstünlük hələ bizdədi. Səhv etməməliyik. Bu inamı davam etdirsək, inanıram ki, mərhələni keçəcəyik. Qrupda ikinci yerdə gedirik. Biz əlimizdən gələni etməliyik. Qurban müəllim və klubumuz bu fürsəti qaçırmamalıdı. Futbol həyatdı.

- “Qarabağ” iki xal itirdi?
- Bəli. Amma ikinci yerdə gedirik. Beş dəqiqə sevindik, daha sonra üzüldük. Günümüz belə keçdi.


 
tarix: 25-10-2019 00:16


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az