(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tarixi şans... Kiprə qaldı

Tarixi şans... Kiprə qaldı

Heç nə dəyişməyib. “Qarabağ” hələ də 2-ci pillədədi və qrupdan çıxmaq şansı öz əlindədi. Düzdü, psixoloji üstünlük APOEL-in tərəfinə keçib, amma elə növbəti matçda onu da aradan qaldırmaq olar.
 
Avropa Liqasının 3-cü turu bitdi və rəqiblərin bir-biri ilə qarşılaşmağa daha bir imkanı olacaq. Turnir cədvəlindəki hazırkı durum ağdamlıların xeyrinədi, təqvim isə kiprliləri önə çıxarır. Baxmayaraq ki, “Düdelanj” APOEL-dən daha çox xala sahibdi, Lüksemburq klubunu aşkar autsayder saymalıyıq. İlk turdakı qələbə təsadüf idi, yaxşı ki, o da bizim işimizə yaradı.
 
Dünən “Qarabağ” hər şeyi düz etdi. Baş məşqçi Qurban Qurbanovun taktikası, futbolçuların tapşırıqları yerinə yetirmək istəyi əla idi. Heyətdəki önəmli itkilərə rəğmən, meydana çıxanlar ən yaxşısını etməyə çalışdı. Ağdamlıların hücum xəttindəki problem təəssüf ki, çox ciddidi – Maqaye Qeye formaya düşə bilmir, Mahir Əmrəli zədədən təzə qayıdıb, üstəlik, sırf forvard deyil. Ona görə də APOEL-ə qarşı 10 nəfərlə oynayan “Qarabağ” var idi.
 
Hesabı erkən açan ağdamlılar bunun davamını gətirmək üçün əla şansa malik idi. Oyunun tempi də komandamızın diqtəsiylə müəyyən olunurdu. Lakin adi epizodda Aylton Silvanın yersiz kobudluğu həlledici oldu. Standart vəziyyət zamanı Maksim Medvedevin topa kürəyilə toxunması bəxtsizlik idi. Eyni aqibəti az sonra Rəşad Sadıqov yaşadı. Aylton bu dəfə səhv ötürmə ilə diqqət çəkdi və çətin vəziyyətdə topa yiyələnən kapitan geri ötürmə zamanı diqqətsiz davrandı.
 
Fasilə ərəfəsində hesabda geri düşmək çox pis idi. Amma “Qarabağ” toparlana bildi. Xüsusilə səhvinə görə məyusluğunu bütün azarkeşlərin aşkar gördüyü Sadıqovun o əhvalla ikinci hissəyə çıxması çətin idi. Müdafiəçi bunu bacardı, hətta daha yaxşı oynadı. Ağdamlılar həm məğlubiyyətdən qurtulmaq, həm də Rəşada təsəlli vermək üçün fasilədən sonra daha istəkli görünürdü. İlk qolun müəllifi Dani Kintana bu dəfə məhsuldar ötürməylə yadda qaldı. Onun asmasını baş zərbəsiylə tamamlayan Aylton günahlarını qismən unutdurdu.
 
Təəssüf ki, qolların ardı gəlmədi. Halbuki bunun üçün real imkanlar var idi. Hücumdakı çatışmazlıqlar “Qarabağ”ı bəlkə də tarixi zəfərdən bir qədər uzaqlaşdırdı. APOEL ölkəmizə 4-cü səfərində də məğlub olmadı. Lakin bu statistikaya güvənsək, cavab matçı üçün ümidlənməliyik. Çünki Kiprdə son iki matçda qələbə qazanmışıq və 2 həftə sonra ağdamlıların uduzmaması qrupdan çıxmaq yolunda böyük addım olacaq.
 
Heç nə bitməyib, nəsə itirilməyib. “Qarabağ”a 2-ci pillədə qalmaq üçün Kiprdə heç-heçə də kifayət edəcək. “Sevilya” hamı üçün məğlubedilməzdi, əvəzində evdə “Düdelanj”ı yenməklə tarix yazmaq olar. Təbii ki, bütün bunlar üçün Bakıda qaçırılan fürsət Kiprdə sığortalanmalıdı.
 
Nəticə öz yerində, oyununa görə “Qarabağ”ı alqışlamalıyıq. Heyətdəki itkilərə, oyundakı fərdi səhvlərə rəğmən, uduzmamaq ümidin davam etməsi üçün yaxşı oldu. “Sevilya” Kiprdə hamını şoka salan “ürəyiaçıqlıq” edə və ya “Düdelanj” APOEL-ə daha bir zərbə vura bilər. Hər şey mümkündü. İstənilən halda, “Qarabağ” öz taleyini özü müəyyənləşdirməlidi.
 
FƏRİD

 
tarix: 25-10-2019 09:21


 
Xəbər lenti
22.11.2019

11:30   Millidə xaos: Bəhreynlə oyundakı qələbənin mükafatı hələ də verilməyib

11:11   Emil Balayev mövsümün ən yaxşısı seçildi

11:01   Balotelli məşqdən qovuldu

10:44   Mourinyo: “Mənə “Tottenhem”də yeni futbolçu lazım deyil”

10:30   Ronaldo üzr istəmədi

10:17   Yurçeviçsiz yığma neçə xal toplayardı?

10:00   Almaniya klubu türk futbolçu ilə müqaviləyə xitam verdi

09:30   “Qalatasaray”ın futbolçusu Belçikada yenə heyətə alınmadı

09:00   “Yuventus”da yeni müqavilə

21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az