(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Gerye Kiprdə qələbə gözləyir: “Qarabağ” futbolçuları qladiator kimidi”

Gerye Kiprdə qələbə gözləyir: “Qarabağ” futbolçuları qladiator kimidi”

“Neftçi”nin haitili legioneri Donald Geryenin futbolinfo.az-a müsahibəsi
 
- “Zirə” üzərində böyükhesablı qələbə qazanacağınızı gözləyirdin?
- Qalib gəldik və bu, sevindiricidir. Çətin oyun oldu, gərgin matç keçdi. Lakin “Neftçi” qələbəni layiqli şəkildə əldə etdi. Düşünürəm ki, uğursuz başlanğıcdan sonra bu güclü geridönüş bizə lazımdı. Komandamıza daha çox kömək edəcək. Daha yaxşı oyunlarımız olacaq.
 
- Komandanızın ilk pillə üçün sona qədər döyüşə biləcəyinə inanırsan?
- Əlbəttə ki, inanıram. Bu, bizim işimizdir, hədəfimizdir. Daim çalışıb uğurlu olmalıyıq. Qarşıda xeyli oyun var. Biz maksimum xallar toplamaq məcburiyyətindəyik. Əgər istədiklərimizi reallaşdıra bilsək, qarşıdakı oyunlarda qələbələr qazansaq, niyə də çempion olmayaq? Bunun üçün gücümüz, hər şeyimiz mövcuddur.
 
- “Qəbələ”nin “Qarabağ”dan xal almasına sevindin?
- Futbolda bütün nəticələr gözləniləndir. Sevindim deməzdim, amma təbii ki, rəqibin xal itirməsi bizim leyhimizə olan amildir. Ona görə də bizim üçün yaxşı hal oldu. Liderlə aramızdakı xal fərqinin azalması sevindirici məqamdır.  Düşünürəm ki, bu gün “Neftçi” də xal itirsə, “Qarabağ” bundan məmnun qalacaq. Çünki bir-birimizə bağlı yox, rəqabət aparan komandalarıq. Eyni ilə biz də bunu sevinclə qarşıladıq.
 
- Hər kəs düşünür ki, “Qarabağ”ın heyəti güclüdür, uzun müddətdir birlikdə çıxış edən komandadır və çempion olmağa 1 nömrəli namizəddir...
- Hamı öz istədiyini düşünə bilər. Buna kimsə qarışmaz. “Qarabağ” çox yaxşı komandadır, yaxşı heyətə malikdir. Lakin onlar da bizim rəqiblərimizdən biridir. “Neftçi”nin iddası var və çempionluq üçün əlimizdən gələni edirik. Məşqlərdə də, oyunlarda da çalışırıq. Sonda nə baş verəcəyini görəcəyik. Çempionat 2-3 oyundan ibarət turnir deyil. Uzun bir marafondur və ilk oyunlardan sonra hər şeyə rahat qiymət vermək olmaz.  Gələcəkdə nələr baş verəcəyinə birlikdə şahidlik edəcəyik.  “Qarabağ” bu gün liderdirsə, “Neftçi” çempionluqdan əlini üzməyib.
 
- Çempionatda hansı komandalar sizə çətinlik yarada bilər?
- “Keşlə” yaxşı komandadır. Lakin “Qarabağ” və “Neftçi” ən iddialı olanlardır. Çalışıb aradakı xal fərqini aradan qaldıracağıq və çempionluq mübarizəsində olduğumuzu göstərəcəyik. Lakin ümumi götürsək, bütün komandalar rəqabət göstərir.  “Zirə” son matçda yaxşı çıxış etdi.  Bilirəm ki, insanlar mənim Soni Nordeyə yazdığım sözlərə görə narazılıq ediblər. Lakin mən ona deməmişdim ki, “Zirə” pis komandadır. Sadəcə, ən yaxşı komandaların “Qarabağ” və “Neftçi” olduğunu bildirmişdim. Əgər Azərbaycan liqasını pisləsəm, necə olur ki, özüm burda oynayıram? İki il “Qarabağ”da çıxış etmişəm. Ümumiyyətlə, burada çox sayda insanla münasibətim var.
 
- Növbəti matçınız “Sumqayıt”a qarşı olacaq...
- Bizim üçün çətin qarşılaşmadır. Səfərdə “Sumqayıt”la üz-üzə gələcəyik.  Rəqib yaxşı komandadır və biz bu vacib oyundan 3 xalla ayrılmalıyıq. Ümid edirəm ki, son oyundakından daha yaxşı çıxış edəcəyik və bizim üçün sevincli qarşılaşma olacaq. Onlar “Səbail”lə matçda qalib gəldilər. Lakin bunun bizimlə oyuna heç bir təsiri olmayacaq. Hər iki komanda son qarşılaşmasında qalib gəlib və əhval-ruhiyyə yaxşıdır. Kim daha çox motivasiya olacaqsa, kim daha çox topla oynayacaqsa, oyuna nəzarət edə biləcəksə, qalib gələcək. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq.
 
- “Qarabağ”ın APOEL-lə 2:2 etdiyi oyunu izlədinmi?
- Əlbəttə ki, oyuna baxdım. “Qarabağ”ın matçlarından əvvəl həmişə ordakı dostlarıma uğurlar arzulayıram. Dani Kintanaya, Mahir Emreliyə, Maksim Medvedevə oyunlardan qabaq uğur arzuladığımı bildirirəm. Öz “İnstagram”ımdan da onlara  dəstək olmuşdum. Mən bu komandanın oyunçusu olmuşam və yaxşı xatirələrim  var. Mənim ürəyim genişdir və istənilən halda sevgimi göstərməyə çalışıram. “Qarabağ” həyatımın bir hissəsidir. İnsan öz həyatının bir hissəsini unuda bilməz. Futbol həyatımda bu komanda xüsusi yerə sahibdir. “Qarabağ”ın beynəlxalq arenadakı oyunlarını izləmişəm, dəstəkləmişəm, onların bir azarkeşiyəm. Televizorda imkan olmayanda, telefonda tapıb baxmışam. Düşünürəm ki, “Qarabağ” səfərdə APOEL-ə qalib gələcək. Bakıda daha yaxşı oynadıqlarını göstərə bildilər. Ağdam klubunun futbolçuları qladiator kimidilər, döyüşürlər.  Onlara və baş məşqçi Qurban Qurbanova uğurlar arzu edirəm. Həmişə Avropada uğur qazanmaları üçün onları dəstəkləyəcəm.
 
FƏRİD

 
tarix: 26-10-2019 09:00


 
Xəbər lenti
17.11.2019

19:35   Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az