(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Keşlə”dən qələbə, “Sabah”la “Zirə”dən heç-heçə

“Keşlə”dən qələbə, “Sabah”la “Zirə”dən heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında “Keşlə” ilə “Qəbələ” qarşlaşıb. İlk dövrədə bu rəqibini 4 cavabsız qolla məğlub etmiş paytaxt klubu bu dəfə də üstünlüyünü isbatlamağa çalışıb. Əyalət təmsilçisi isə həmin məğlubiyyətin əvəzini çıxmağa cəhd göstərib. Üç qolun qeydə alındığı bu görüşdə meydan sahibləri çətin qələbəyə seviniblər.

Günün digər oyununda “Sabah” doğma meydanda “Zirə” ilə üz-üzə gəlob. İlk dövrədə bu komandalar heç-heçəyə razılaşmışdılar. “Sabah” bu oyunda qələbə qazansaydı, sonuncu pillədən qurtula bilərdi. Amma 4 qolun qeydə alındığı bu matçda da qalib müəyyənləşməyib.

Bu tur həm də “Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Səbail” görüşləri baş tutacaq.

Azərbaycan Premyer Liqası
9-cu tur

26 oktyabr

“Keşlə” – “Qəbələ” 2:1
Qol: L.Frutos, 1. S.M.Kolli, 42 - D.Volkov, 58.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
“ASCO Arena”, 16:00.

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 19. Rövlan Muradov, 2. Amin Seydiyev, 20. Faiq Hacıyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev.
Baş məşqçi: Azər Bağırov.

“Sabah” – “Zirə” 2:2
Qol:
A.Diallo, 28; 44 - N.Süleymanov, 23; 88.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
“Bank Respublika Arena”, 18:00.

Sabah: 1. Saşa Stamenkoviç, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 14. Rəşad Eyubov, 21. Rocer Roxas, 97. Emil Qasımov, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Elvin Məmmədov (k), 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 88. Tellur Mütəllimov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqes, 25. Miloş  Bakraç, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 19. Müşfiq İlyasov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.


 
tarix: 26-10-2019 19:51


 
Xəbər lenti
17.11.2019
16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az