(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

YAP rəsmisi: Elxan Məmmədov kimdir ki, postundan tərpənmir?

YAP rəsmisi: Elxan Məmmədov kimdir ki, postundan tərpənmir?

YAP-ın yaradıcılarından biri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Aran AFFA-nın baş katibi Elxan Məmmədovu tənqid edib.

Futbolinfo.az xəbər verir ki, ölkəmizin Türkiyədəki sabiq baş konsulu federasiyada futbolu bilən, bölgə təmsilçilərinə şərait yarada biləcək şəxslərin çalışmalı olduğunu deyib:

"Hər gün mətbuatı yaxından izləyirəm. Demək olar ki, hər gün Elxan Məmmədovun tənqid olunduğunu oxuyuram. Bu adam kimdir, nə "matahdır" ki, bu qədər tənqid qarşısında postundan tərpənmir? Bu sual məni çox düşündürür. Yenə deyirəm, stajlı futbol azarkeşiyəm. Bu gün Bakı birinciliyini xatırladan turniri izləmək mənə də xoş deyil. Futbolun inkişafını istəyiriksə, bölgələrə güc vermək lazımdır".

Səyyad Aran iş adamlarının futbola sərmayə qoymaqda maraqlı olduqlarını deyib:

"Bu gün də belə insanların sayı çoxdur. Ondansa deyin ki, həmin iş adamları bəzi məmurlardan çəkinərək bu addımı atmırlar. İş adamı futbola vəsait yatızdıran kimi, gəlib, çökürlər boğazına ki, bu pulu hardan alıb, futbola sərmayə qoyursan? Bədbəxtlər daha düşünmürlər ki, bu insanın biznesi var, gecə-gündüz işləyib kapital yığıb və indi də istəyir ki, həmin maliyyədən müəyyən qədər futbola yatırsın. Ancaq buna şərait yaratmırlar. Bəzi məmurlar həmin iş adamını sıxışdırıb öz ciblərini güdürlər. Belə bürokratik əngəllərə görə də heç kim başını ağrıtmaq istəmir. Bunun da nəticəsi kimi Premyer Liqadakı klubların çoxu SOCAR tərəfindən maliyyələşir, bir adamın əlinə baxır". (Futbol+)


 
tarix: 27-10-2019 11:24


 
Xəbər lenti
19.11.2019

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az