(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tale Heydərov: “Qarabağ” bir komandadan daha artıqdı”

Tale Heydərov: “Qarabağ” bir komandadan daha artıqdı”

“Qəbələ”nin sabiq prezidenti Tale Heydərov “Qarabağ”dan yazıb.

Futbolinfo.az xəbər verir ki, Heydərov şəxsi bloqundakı “Cümə axşamı gecəsinin işıqları” məqaləsində Ağdam klubunun avrokubokdakı çıxışından, Lüksemburqdakı erməni təxribatından söz açıb:

“Futbol klubların loyallığı nöqteyi-nəzərindən adətən şəhərləri, cəmiyyəti, hətta ailələri ayırır. Buna baxmayaraq, Azərbaycanda keçirilən avrokubok oyunlarını bütün xalqlar izləyir və xüsusilə Azərbaycanın çempionu “Qarabağ” oynayırsa, hamı birləşir. 2017-2018 mövsümündə Çempionlar Liqasında qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu UEFA yarışlarında ümumilikdə 87 oyun keçirib, onların 33-də qələbə qazanıb, 22-də heç-heçə edib.

Qrupdakı ilk oyununu "Sevilya"ya qarşı keçirən "Qarabağ" oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub etmişdi. Bu həftə isə onlar avqustda Nikosiyada 2:1 hesabı ilə məğlub etdikləri APOEL-lə heç-heçə oynadı. Bu cür Avropa klubları ilə qarşılaşma Azərbaycan futbolunun keyfiyyətini yüksəldir və biz Messi və Ronaldodan ilhamlanan yaxşı futbolçuların yetişəcəyinə ümid edirik.

Ancaq yerli azarkeşlərin "Qarabağ"ı dəstəkləmələrinin daha ciddi səbəbi var. Bu, bir komandadan daha artıqdır. Onlar daha böyük məfhumun rəmzidir. 1951-ci ildə yaranmış komanda Dağlıq Qarabağ bölgəsində yerləşən Ağdam şəhərini təmsil edir. "Qarabağ"ın təsirli bir ləqəbi də var - "hər zaman evindən uzaqda oynayan komanda". 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdi. Komandanın o vaxtkı baş məşqçisi Allahverdi Bağırov tank əleyhinə minaya düşüb, şəhid oldu. O, cəsur vətənpərvər idi. 1992-ci ildə törədilən Xocalı faciəsi zamanı xeyli Azərbaycan vətəndaşını xilas etmişdi.

"Qarabağ" işğaldan sonra 1966-cı il dünya çempionatında İngiltərənin Qərbi Almaniya üzərində qələbəsində həlledici rol oynayan yan xətt hakimi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionuna köçdü.

Faktdır ki, "Qarabağ" erməni işğalına görə indiyə kimi evində oynaya bilmir. Bu, hələ də qanayan yaradır. Onlar tez-tez təxribatla üzləşirlər. "Düdelanj"la oyunun 20-ci dəqiqəsində erməni nümayişçiləri dron vasitəsilə stadionda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açmışdılar. İdmanda bu cür təxribatçı hərəkətlərə yer yoxdur. Bu addım yalnız iki xalq arasında düşmənçilik hissini daha da artırır.

Ermənistan-Azərbaycan münaqişəsi 30 ildən artıqdır davam edir. BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğal olunmuş əraziləri tərk etməyə çağıran 4 qətnaməsi də heç bir nəticə vermədi. Yüz minlərlə azərbaycanlı, qadın, uşaq ölkə daxilində məcburi köçkün kimi yaşayır.

Hələ ki, "Qarabağ"a stadionlarda azarkeşlik edir və uğurlarına sevinirik. Amma hər qələbə sonradan yenə kədərə boyanır. Amma ümid edirəm ki, tezliklə beynəlxalq təşkilatlar onların öz stadionlarında oynaması və regionda davam edən problemə son qoyulması üçün lazımı diqqəti ayıracaq". (qol.az)


 
tarix: 27-10-2019 22:51


 
Xəbər lenti
20.11.2019

00:45   Millimiz Slovakiyaya uduzur - YENİLƏNİR

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az