(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycanla oyundan əvvəl bizə hazırkı yeri təklif etsəydiniz, əlinizi qoparardıq”

“Azərbaycanla oyundan əvvəl bizə hazırkı yeri təklif etsəydiniz, əlinizi qoparardıq”

"Mövsümün əvvəlində mənə desəydilər ki, çempionatda 16 oyun, Uels yığmasının heyətində isə 3 matç keçirəcəm, buna inanmazdım". 

Futbolinfo.az saytının məlumatına görə, bunu Uels yığmasının yarımmüdafiəçisi Co Morrell deyib.

Bu il Belarusla yoldaşlıq, Slovakiya və Xorvatiya ilə seçmə mərhələ oyununda adalıların formasını geyinmiş 22 yaşlı orta sahə oyunçusu yerli mətbuata təəssüratlarını bölüşüb.

Müqavilə ilə "Bristol Siti"yə məxsus olan və hazırda icarə əsasında "Linkoln Siti"nin formasını geyinən Morrel milliyə dəvət edilməsi barədə danışıb: "Futbolda hadisələr qəribə və sürətli şəkildə cərəyan edir. Yığmaya çağırıldığım üçün ilk növbədə klubuma minnətdaram. Baş məşqçimiz Rayan Giqqz səviyyəsindən asılı olmayaraq, klubunda oynayan futbolçulara üstünlük verir. Şans verildikdə ona nələr edə biləcəyimi göstərmək istəyirəm. Yığmadakı böyük futbolçularla birlikdə məşq etdikdə və oynadıqda özünəinam artır. Xüsusən də, Xorvatiyaya qarşı görüş sanki xəyal idi. Yutubda oyunlarına ən çox baxdığım Luka Modriçlə meydanda üz-üzə gəlirdim. Onunla forma dəyişməyim əla olardı. Ancaq necə yaxınlaşacağımı bilmədim və Modriç Beyllə formasını dəyişdi. Yəqin ki, karyeramın sonunda buna görə təəssüflənəcəm".

Morrell seçmə mərhələnin sonuna 2 tur qalmış qrupda 4-cü pillədə qərarlaşmalarına baxmayaraq, Avropa çempionatına vəsiqə qazanacaqlarına inanır. Ancaq bunun üçün Uels hər iki görüşdə qələbə qazanmalı, Slovakiya isə gələn aykı iki matçdan birində büdrəməlidi: "Məncə, seçmə mərhələnin sonuna iki oyun qalmış bizə hazırkı yerimizi təklif etsəydiniz, əlinizi qoparardıq. Ancaq yenə də şansımızı itirməmişik. Həqiqətən də, çox çətin qrupda yer almışıq. Çünki burda Xorvatiya və Slovakiya kimi komandalar var. Qarşıda Azərbaycan və Macarıstana qarşı iki çətin oyunumuz var. Buna baxmayaraq, hədəfə çatmamaq üçün bir səbəb görmürəm. Ümidimizi itirməmək üçün son iki görüşdə mütləq 6 xal qazanmalıyıq".

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.


 
tarix: 28-10-2019 16:44


 
Xəbər lenti
18.11.2019

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az