(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Miçel: “Məqsədimiz üç xal qazanmaq idi”

Miçel: “Məqsədimiz üç xal qazanmaq idi”

“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Çətin də olsa, qələbə qazandınız. Oyun haqda nə düşünürsünüz?
- Bilirdik ki, çətin oyun olacaq. Rəqibimiz bizimlə müqayisədə daha gümrah idi. İlk pillədəki mövqeyimizi qorumaq baxımından 3 xal qazanmaq çox önəmli idi və istəyimizə nail olduq.

- Üç gün əvvəl APOEL-lə görüşdə 30 minə yaxın azarkeşin qarşısında oynadınız. Bu gün isə tribunada 200-300 azarkeş var idi. Düşünmürsən ki, bu, oyununuza mənfi təsir göstərir?
- Bildiyiniz kimi, hər şey göz önündədi. İstənilən halda, 30 min azarkeş qarşısındakı kimi eyni gərginlik və təzyiq olmur. Amma həm 30 min, həm də 200-300 azarkeş qarşısında oynamaq çətindi. Nə qədər çətin olsa da, özümüzü oyunlara kökləməyə çalışırıq.

- İlk hissədə “Qarabağ” nisbətən zəif çıxış etdi. Bu, nə ilə bağlı idi?
- Bəzən oyunun əvvəli yaxşı alınır, bəzən də oyuna istədiyin kimi başlaya bilmirsən. 3-4 gündən bir oynamaq və bunun üçün motivasiya tapmaq o qədər də asan deyil. Görüşün əvvəlində bizə bir az çətin oldu. Amma ikinci yarıda ardıcıl qol vəziyyətləri yaratmağa başladıq. İstənilən halda məqsədimiz üç xal qazanmaq idi. Stadionu məmmun tərk etməliyik. Çünki istədiyimizi qazandıq.

- Növbəti turda sizi səfərdə “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matç haqda nə fikirləşirsən?
- “Neftçi” ilə oyunun çətin keçəcəyini deməyim, yəqin ki, yeni bir şey olmayacaq. Təbii ki, bizi növbəti çətin oyun gözləyir. Düzdür, “Neftçi” mövsümə yaxşı başlamadı. Amma bilirdik ki, onlar yüksəlişə keçəcək və bizə təzyiq yaradacaqlar. Dörd gün sonra “Neftçi”yə qarşı oynayacağıq. Sadəcə, yaxşı dincəlmək, beynimizi təzələyib, həmin oyuna hazırlaşmalıyıq. Ümid edirəm ki, hamımızı maraqlı oyun gözləyir.

- “Neftçi”nin futbolçusu Rəhman Hacıyevın sosial şəbəkədəki paylaşımından xəbərin var?
- Xeyr, həmin məsələdən xəbərsizəm. Heç həmin paylaşımı görməmişəm də. Kimin nə paylaşması elə də önəmli deyil. Biz əsasən öz oyunumuza köklənməliyik. Düşünürəm ki, indiyə qədər doğru yoldayıq, eyni şeyləri davam edib və hədəflərimizə doğru getməliyik.


 
tarix: 29-10-2019 09:11


 
Xəbər lenti
22.11.2019

16:44   “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31   Ekşteyn futbol turniri keçirir

16:15   Millimizin heyətində dəyişiklik edildi

16:00   "Səbail" "Sabah" önünə hücumçusuz çıxacaq

15:44   Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31   AÇ-2020: Pley-offun püşkü atıldı

15:21   Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00   Poçettino belə vidalaşdı

14:41   “Azərbaycanlılar futbolçu yox, turistdilər”

14:20   “Fənərbaxça”dan SOCAR-la bağlı açıqlama

14:00   “Azərbaycanla oyunda kədərli qələbə qazandıq”

13:43   Tedesko: “Bu, Quliyevin pis futbolçu olması anlamına gəlmir”

13:21   “Qarabağ”ın 4 qol vurduğu stadiona görə ultimatum

13:03   Susun və gülün, Mircavadov!

12:42   SOCAR “Fənərbaxça”ya sponsor ola bilər

12:30   “Qarabağ” “Sumqayıt”a qarşı - YENİLƏNİR

12:24   “Real” Benzema ilə bağlı qərar verdi

11:57   Federasiya prezidentinə cinayət işi açıldı

11:30   Millidə xaos: Bəhreynlə oyundakı qələbənin mükafatı hələ də verilməyib

11:11   Emil Balayev mövsümün ən yaxşısı seçildi

11:01   Balotelli məşqdən qovuldu

10:44   Mourinyo: “Mənə “Tottenhem”də yeni futbolçu lazım deyil”

10:30   Ronaldo üzr istəmədi

10:17   Yurçeviçsiz yığma neçə xal toplayardı?

10:00   Almaniya klubu türk futbolçu ilə müqaviləyə xitam verdi

09:30   “Qalatasaray”ın futbolçusu Belçikada yenə heyətə alınmadı

09:00   “Yuventus”da yeni müqavilə

21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az