(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

12 ildə... 2 addım geri

12 ildə... 2 addım geri

Avro-2020-nin seçmə mərhələsinin bitməsinə 2 tur qalıb. Milli komandamız yarışdığı qrupda 6 oyundan topladığı 1 xalla conuncudu. 5 komandalı qrupda yarışan Nikola Yurçeviçin yetirmələri indidən sonuncu pilləni “özəlləşdirib”.
 
Yenilik deyil. İndiyə qədər yarışdığımız bütün seçmə mərhələlərdə son 2 pillədən birinə sahib olmuşuq. Lüksemburq, Lixtenşteyn, hətta Andorra kimi “cırtdanlar”ın daha yaxşı nəticə göstərdiyi cari tsikldə yarışöncəsi başqa avazlar eşidirdik. Final mərhələsinə yüksəlməklə bağlı vəzifə/hədəf hara, indiki nəticə hara?
 
Qitə çempionatında 7-ci dəfədi seşmə mərhələdə yarışırıq. Və ən pis nəticə ilə məhz indi üzləşmişik. İlk seçmə mərhələdə də cəmi 1 xal qazanmışdıq, lakin o zaman debütant olduğumuzu, ev oyunlarını Türkiyədə keçirdiyimizi unutmayaq.
 
Düzdü, Uelslə ev, Slovakiya ilə səfər oyunumuz var, xal ehtiyatını artırmaq olar. Lakin etiraf edək ki, indiki potensialla heç nə mümkün deyil. Daha 1 və ya 3 xal ola bilər - bu isə heç nəyi dəyişməyəcək. Acından öldüyünü dediyimiz mənfur qonşularımız 2-ci pillə uğrunda yarışdığı bir zamanda yoxlama oyunundakı heç-heçəyə görə üzvləri böyük mükafat alan millimiz son pillədə sürünür.
 
Turnir                    O           Q             H             M            T            X             Yer         Qrupda say
AÇ-96                   10           0             1             9             2-29       1             6-cı         6 komanda
AÇ-2000               10           1             1             8             6-26       4             5-ci         6 komanda
AÇ-2004               8             1             1             6             5-20       4             5-ci         5 komanda
AÇ-2008               12           1             2             9             6-28       5             8-ci         8 komanda
AÇ-2012               10           2             1             7             10-26     7             5-ci         6 komanda
AÇ-2016               10           1             3             6             7-18       6             5-ci         6 komanda
AÇ-2020               6             0             1             5             5-14       1                           5 komanda
 
Əslində, xüsusilə son 10 ildə futbolumuzda ciddi irəliləyiş olmalı, ən azı ildən-ilə nəticələr yaxşılaşmalıydı. Yüksək dövlət qayğısının qarşılığında heç olmasa, ortabab Avropa komandasına çevrilməli idik. Lakin futbol təsərrüfatımız o qədər bərbad idarə olunub ki, hətta sabaha ümid yoxdu. Strategiya düzgün seçilməyib, uşaq futboluna qayğı göstərilməyib və nəticəyə yönəlik iş ortaya qoyulmayıb.
 
Və bütün bunlar yalnız AFFA-yla bağlı belədi. 2-3 milyard manatın xərcləndiyi bu illər ərzində klublar müəyyən nəticələr göstəriblər. Baş katib Elxan Məmmədovun hələ hər şeyi əlində cəmləşdirmədiyi zamanlar “Neftçi” Avropa Liqasında qrupa vəsiqə qazanmış, sonralar bu şəxsin əlinin çatmadığı müstəqil klublar – “Qəbələ” ardıcıl 2 il eyni uğuru göstərmişdi, “Qarabağ” isə 6 ildi ölkəmizi beynəlxalq arenada şərəflə təmsil edir, hətta Çempionlar Liqasinda da qrup üzü görmüşük.
 
AFFA-nın indiki rəhbərliyi iş başına gələrkən Avropada klub reytinqində 44-cü olan ölkəmiz məhz bu uğurlar sayəsində hazırda 24-cüdü, bir ara 22-ci pilləyə kimi yüksəlmişdi. Məmmədovun birbaşa cavabdeh olduğu milli komandamız isə yalnız geriləyib. Elxan bəyin baş katib təyin olunduğu 2007-ci ilin iyulunda dünya reytinqində 109-cu olan yığmamız 12 il yarım sonra, yəni bu ayın nəticələrinə görə 111-cidi.
 
Mənzərə ortadadı. Halbuki bu qədər dövlət qayğısının, futbola axan maliyyənin qarşılığında ən azı 60-70-ci yerlərdə olmalıydıq. Çünki klublarımız işin doğru qurulduğu halda hər şeyin mümkünlüyünü sübut ediblər. Problem başda, idarəçilikdə, yönətimdədi. Və təəssüf ki, Azərbaycan futbol təsərrüfatında bütün strategiyanı Elxan Məmmədov kimi futbola yad adamlar cızır. Onun qarışa bilmədiyi klublar nəticə qazandığı halda, ələ keçirdiyi bütün kollektivlərdə eniş, böhran özünü göstərir. O da maraqlıdı ki, həmin klublar yenə də AFFA-dan və ya dövlətin təhkim etdiyi qurumlardan maddi qida alır. Deməli, baş katib dövlətin pulunu havaya sovurmaqla məşğuldu.
 
Ən maraqlısı isə odur ki, hazırda Məmmədov ən yüksək dairələrdə öz reklamı ilə məşğuldu. O, yeni AFFA prezidenti olmaq üçün iş aparır. Ən azı yeni prezidentə də katiblik etmək üçün dəridən-qabıqdan çıxan bu şəxs futbolda bir nömrəli günahkar olduğunu, ictimaiyyətin narazılığını pərdələməyə çalışır.
 
AĞA

 
tarix: 29-10-2019 11:00


 
Xəbər lenti
14.11.2019

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az