(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yeni formatlı AÇ - Millimiz ən zəiflər arasında

Yeni formatlı AÇ - Millimiz ən zəiflər arasında

UEFA 19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının formatında dəyişiklik edib.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yarış Millətlər Liqası sistemi ilə keçiriləcək. 2021/22 və 2022/23 mövsümlərini 2020-22 və 2021-23 illəri əvəz edəcək. Yarış 8 komandalı final mərhələsi ilə başa çatacaq. 2022-ci ildə final mərhələsinə Slovakiya ev sahibliyi edəcək. 2020-22 mövsümündə 2003-cü il yanvarın 1-dən sonra anadan olanlar, 2021-23 mövsümündə isə 1 yaş kiçiklər mübarizə aparacaqlar.

UEFA İcraiyyə Komitəsinin təsdiqlədiyi yeni format özünü doğrultsa, 2023-cü ildən U-17-lərin də yarışları bu sistemlə təşkil olunacaq.

Komandalar A, B və C liqalarında oynayacaqlar. A liqasında 4 komandadan ibarət 5 qrup, B liqasında 4 komandalı 4 qrup olacaq. Avropanın ən zəif 19 millisi isə C liqasında 4 və 3 komandalı qruplarda çıxış edəcək. Azərbaycan millisi də 1-ci mərhələdə bu liqada qüvvəsini sınayacaq.

1-ci raundun püşkü bu il dekabrın 3-də, oyunları isə gələn il noyabrın 17-də başlayacaq. 2-ci mərhələnin 2020-ci ilin dekabrında püşkü atılacaq, oyunları isə 2021-ci il 8 iyunda başlayacaq. 3-cü mərhələnin püşkü 2021-ci ilin yayında, oyunları isə avqustun 30-dan sentyabrın 7-dək və ya oktyabrın 4-12-də, 8-16-da keçiriləcək. Sonuncu – 4-cü mərhələnin püşkatması 2021-ci ilin dekabrında təşkil olunacaq, qarşılaşmaları isə 2022-ci ilin martında oynanılacaq. Hər mərhələdən sonra komandalar liqalarını dəyişəcək, ən yaxşılar daha yüksək, zəiflər aşağı dəstəyə düşəcək.

Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün ilk mərhələdə C liqasından B liqasına, növbəti iki raundda isə A-ya yüksəlməlidir. Çünki final mərhələsinə 7 vəsiqə yalnız A liqasında keçiriləcək 4-cü mərhələdə sahiblərini tapacaq.

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsi 2022-ci ilin iyulunda keçiriləcək.


 
tarix: 29-10-2019 12:20


 
Xəbər lenti
18.11.2019

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az