(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Nurlan Novruzovun atasına 17 il iş verildi

Nurlan Novruzovun atasına 17 il iş verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Futbolinfo.az "Report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış, Laçın rayonundan olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu istintaqa ifadəsində arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

Məhkəmədə isə Zahid Novruzov ittihamla özünü təqsirli bilməyib və arvadını öldürmək niyyəti olmadığını bildirib.

Onun sözlərinə görə, silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

Mərhumun oğlu Nurlan Novruzov 2014/15 mövsümündə "Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. O, Azərbaycanda "Səbail", "Bakı" klublarında, həmçinin Türkiyə klublarında da oynayıb. N.Novruzov hazırda Moldovanın "Dinamo-Avto" klubunda çıxış edir.

Qeyd edək ki, Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


 
tarix: 29-10-2019 21:25


 
Xəbər lenti
14.11.2019

15:53   “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13   Yenə Levandovski

14:46   Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12   Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55   Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51   Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26   Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az