(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Azərbaycanda "Barselona" və Qvardiolaya maraq böyükdü”

“Azərbaycanda "Barselona" və Qvardiolaya maraq böyükdü”

“Burda daha çox ingilis dilində ünsiyyət qurmağa çalışırlar. Ancaq insanlar bu dildə pis danışır. Əsasən yerli və ya rus dilində danışılır. Burda olduğum üçün rus dili kursuna gedirəm".

Futbolinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin yarımmüdafiəçisi Fernan Ferreyra deyib.

Ölkəsi İspaniya mətbuatına müsahibə verən 24 yaşlı futbolçu Azərbaycandakı karyerası barədə danışıb. O, ölkəmizdə insanların münasibətindən məmnun qaldığını bildirib: "Selta"dan ayrıldıqdan sonra diqqətimi çəkən əsas məqam məni daha çox qiymətləndirmələri oldu. "Seqoviana"da özümü önəmli futbolçu kimi hiss etməyə başlamışdım. "Barakaldo"da gözlədiyimdən az şans əldə etdim. Azərbaycana yollanıb, ispaniyalı futbolçunun nə qədər dəyərli olduğunu görmək istədim. Burda insanlar tanımadan, necə futbolçu olduğunuzu bilmədən sizə hörmət edirlər".

"Qəbələ"yə mövsümlərarası fasilədə "Barakaldo"dan keçən Ferreyra "qırmızı-qaralar"ın onu bir ildi izlədiyini əlavə edib: "Qəbələ" məni ötən il də istəmişdi. Baxışa dəvət etdiklərindən, bununla razılaşmadım. Ancaq bu yay "Barakaldo"dan ayrıldıqdan bir həftə sonra masada konkret təklifim var idi. İlk vaxtlar düşünürdüm ki, iqlimə uyğunlaşmaq çətin olacaq. Ancaq Bakı yaşamaq üçün sərin şəhərdi. Şanslı oldum, çünki Azərbaycan çempionatında ispan oyunçular çoxdu. Onlar mənə kömək etdilər. Həm də Azərbaycanda Avropa futbolu izlənilir. Xüsusən də, "Barselona" və Qvardiolaya maraq böyükdü".

Orta sahə oyunçusu "Qəbələ"yə keçməzdən əvvəl bir neçə nəfərlə məsləhətləşdiyini söyləyib: "İspaniyada ikinci liqada ilişib qalmışdım. Azərbaycandan gələn təklifin yaxşı fürsət olduğunu düşündüm. Əvvəllər, eləcə də, hazırda bu ölkədə çıxış edən futbolçularla məsləhətləşdim. Azərbaycan Premyer Liqası peşəkar liqadı. Böyük stadionlar mövcuddu. Yalnız bir süni örtüklü meydança var. Sequnda B-də isə kiçik, palçıqlı və ya süni örtüklü meydançalar idi. Düzdü, ilk vaxtlar bir qədər çətinlik çəkirdim. Ancaq indi özümü daha aparıcı rolda görürəm. Meydanda oyundan həzz almağı, əylənməyi xoşlayıram. Açıq və baxımlı futbol göstərməyə çalışırıq. Buranı tramplin hesab edirəm. Beynəlxalq səviyyədə getdikcə daha peşəkar liqalarda oynamaq və ya burda qalmaq istəyirəm. Burda daha çox komanda görürsən və imkanlar genişdi".

İspaniyalı futbolçu ilk avrokubok macərasını bu mövsüm məhz "Qəbələ"nin heyətində yaşayıb. O, Avropa Liqasında Tbilisi "Dinamo"suna məğlub olmalarına baxmayaraq, debüt etdiyi üçün sevincli olduğunu deyib: "Avrokubokda ilk təcrübəm idi. Komanda bu mövsüm Avropa Liqasında çıxış etdi və bura yüksək səviyyədi. Çox gözəl idi. Gördüm ki, avrokubokda iştirak etməkdən çox da uzaq deyiləm". (matc.az)


 
tarix: 31-10-2019 14:44


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az