(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

UEFA-nın saytı APOEL - “Qarabağ” oyunundan nə yazdı?

UEFA-nın saytı APOEL - “Qarabağ” oyunundan nə yazdı?

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprin APOEL klubunun qonağı olacaq.

UEFA-nın saytı qarşılaşmanın afişasını hazırlayıb:

Azərbaycan və Kipr çempionları bu mövsüm dördüncü dəfə üz-üzə gələcək. Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşan komandaların duelində APOEL pley-offa yüksəldi. “Qarabağ” Kiprdə 2:1 hesabı ilə qalib gəlsə də, evdə məğlub oldu – 0:2.

Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda keçirilmiş oyunda qalib müəyyənləşmədi – 2:2.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sevilya”ya 0:3 hesabı ilə uduzdu. İkinci qarşılaşmasında isə Lüksemburqda “Düdelanj”a qalib gəldi – 4:1.

APOEL isə “Düdelanj”a 3:4, “Sevilya”ya isə 0:1 hesabı ilə uduzub. Komanda ilk xalını Bakıda qazandı.

APOEL daha öncə də Azərbaycan təmsilçiləri ilə qarşılaşıb. 1995/96 mövsümündə “Neftçi” ilə qarşılaşan Nikosiya təmsilçisi iki oyunun nəticəsinə görə mərhələ adlayıb (0:0 / 3:0). 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində yenidən “Neftçi”yə rəqib olan APOEL bu dəfə məğlub tərəf olub (1:1 / 1:3). Bu mövsüm “Qarabağ”la ÇL-in III təsnifat mərhələsində qarşılaşan kiprlilər mərhələ adlamışdı (1:2 / 2:0).

Qrup mərhələsində Ağdam klubuna yenidən rəqib olan APOEL oktybarın 24-ü “Qarabağ”la 2:2 hesablı heç-heçə etməklə Azərbaycanda yenə uduzmadı.

“Qarabağ” ardıcıl 6-cı mövsümdü ki, Avropada qruplara qalıb. Ötən mövsüm Ağdam klubu Avropa Liqasının qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” ilə oyunların 5-də uduzmuşdu.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.

“Qarabağ” daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində keçirdiyi 13 səfər matçının 4-də qalib gəlib, 1-də heç-heçə edib, 8-də uduzub. Ağdamlıların son iki qələbəsi son üç matçda qeydə alınıb.

28 dəfə Kipr çempionu olan APOEL son altı ildə yalnız bir dəfə qruplara qalmayıb. Nikosiyalılar ötən mövsüm pley-offda “Astana” səddinə ilişmişdi.

APOEL bu mövsüm mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsində başladı. Kipr çempionu Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırdı. III mərhələdə “Qarabağ”dan üstün olan Nikosiya təmsilçisi pley-offda “Ayaks”a uduzdu.

APOEL Avropa Liqasının 2013/14 və 2015/16 mövsümlərində qrup mərhələsini keçə bilməyib. 2016/17 mövsümündə APOEL qrup lideri kimi 1/16 finala adlamışdı. Bu mərhələdə İspaniya “Atletik”ini keçən APOEL 1/8 finalda “Anderlext”lə bacarmamışdı.

APOEL Avropa Liqasında Nikosiyada keçirdiyi 10 oyunun 5-də qalib gəlib, 1-də heç-heçə edib, 4-də uduzub.

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında “Düdelanj”la səfər görüşündə Avropada 100-cü oyununu keçirdi.

“Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev APOEL-in müdafiəçisi Giorgos Merkislə “Apollon”da komanda yoldaşı olub.

“Qarabağ”ın yarımmüdafiəçisi Araz Abdullayev 2016/17 mövsümünü icarə əsasında Kiprin “Anortosis” klubunda keçirib və bu komandaya qarşı oynayıb. Araz 2012/13 mövsümündə “Neftçi”nin heyətində Avropa Liqasının pley-off mərhələsində APOEL-ə qarşı mübarizə aparmışdı.

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda 2017/18 mövsümündə Qazaxıstanın “Astana” klubunda Avropa Liqasının pley-off mərhələsində APOEL-ə qarşı oynayıb. Penaltilər seriyasında Riçard Almeyda qol vurmuşdu və “Astana” qrupa yüksəlmişdi.

“Qarabağ”ın və APOEL-in futbolçuları – Filip Ozobiçlə Antonio Yakoliş Xorvatiyanın gənclər yığmasında və 2013-cü ildə “Hayduk” klubunda birgə oynayıblar.

APOEL-in serbiyalı hücumçusu 2016/17 mövsümündə ÇL-in pley-off mərhələsində “Kopenhagen”in heyətində “Qarabağ”a qol vurub. Danimarka klubunu məğlub edən “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı.

Baş məşqçilər

Qurban Qurbanov Azərbaycan millisində 68 oyuna 14 qol vurmaqla yığma tarixində bombardir ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ” klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri Çempionlar Liqası qrupu olub. O, Çempionlar Liqasının qruplarına qalan ilk azərbaycanlı baş məşqçidir. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı. “qarabağ” Qurbanovun rəhbərliyi altında Avropada 100 oyun keçirib. APOEL-lə görüş mütəxəssisin “Qarabağ”la Avropadakı 101-ci oyunu olacaq.

APOEL-in baş məşqçisi Tomas Doll Şərqi Almaniya və Almaniya yığmasında ümumilikdə 47 oyuna 8 qol vurub. Keçmiş yarımmüdafiəçi məşqçilik karyerasına keçmiş klubu “Hamburq”da başlayıb. 2007/08 mövsümündə Dortmund “Borussiya”sında uğurlu olmayıb. 2013-2018-ci illərdə Macarıstanın “Ferentsvaroş” klubunu çalışdırıb. 53 yaşlı mütəxəssis bu ilin avqustundan APOEL-in baş məşqçisidir. (Futbolpress)


 
tarix: 01-11-2019 14:45


 
Xəbər lenti
14.11.2019

15:53   “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13   Yenə Levandovski

14:46   Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12   Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55   Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51   Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26   Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az