(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Elit-raund öncəsi səbətlər bəlli oldu

Elit-raund öncəsi səbətlər bəlli oldu

Xəbər verdiyimiz kimi, futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü noyabrın 7-də, saat 17:15-də İsveçrənin Nyon şəhərində atılacaq. 

Futbolinfo.az xəbər verir ki, UEFA püşköncəsi komandaları səbətləri bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamızla birgə qrupunun ikincisi olacaq İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq. 

Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan. 

Məlumat üçün qeyd edək ki, komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq. 

Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.
 
Səbət 1 (qrupda 4-cü pillə)
Xorvatiya*
Çexiya*
Ukrayna*

Səbət 2 (qrupda 2-ci pillə)
Serbiya*

Səbət 3 (qrupuda 1-ci pillə)
Rusiya*
İspaniya*
Portuqaliya*

Səbət 1 (qrupda 3-cü və 4-cü pillə)
Belarus
Finlandiya
Fransa
Rumıniya
Slovakiya

Səbət 2 (qrupda 2-ci pillə):
AZƏRBAYCAN
İtaliya
Sloveniya

Səbət 3 (qrupda 1-ci pillə):
Qazaxıstan

Qeyd: Qarşısında ulduz olan komandaların evsahibliyi etmək üçün müraciəti təsdiqlənib.


 
tarix: 01-11-2019 16:25


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az