(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AÇ-2022-yə rekord iştirakçı ilə

AÇ-2022-yə rekord iştirakçı ilə

Noyabrın 7-də, saat 16:30-da İsveçrənin Nyon şəhərində AÇ-2022-nin püşkatma mərasimi keçiriləcək. 

Futbolinfo.az xəbər verir ki, bu dəfə rekord sayda iştirakçı ilə mübarizəyə start veriləcək. 

Belə ki, 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib. Bu iştirakçılardan 33-çü ilkin mərhələnin oyunlarında iştirak edəcəklər. DÇ-2020-nin elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna - qrup, AÇ-2022-yə evsahibliyi edəcək Niderland isə final mərhələsində mübarizəyə qoşulacaq. 

Xəbər verdiyimiz kimi, AÇ-2022-nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 “üçüncü” pley-off oyunlarında iştirak edəcək. Pley-off oyunları ev və səfər prinsipi ilə keçiriləcək. Onu da qeyd edək ki, komandalar oktyabrın 28-də açıqlanmış reytinq cədvəlinə uyğun bölünüblər. Avstriya və Şimali İrlandiya debüt edəcək. Final mərhələsində isə ilk dəfə olaraq 16 komanda iştirak edəcək. 

Yeniliklərdən biri də millimizin də mübrizəyə başladığı ikinci qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 2021-ci ilin fevral, aprel və sentyabr aylarında komandalar hərəyə iki oyun keçirəcəklər. Bu mərhələdə hər qrupda 4 iştirakçı yer alacaq. İlkin mərhələnin səbətlərini diqqətinizə çatdırırıq:
 
Səbət-1: mini-turnirin ev sahibləri

Bosniya and Herseqovina (qrupda 1-ci pillə)
Belçika (qrupda 1-ci pillə)
Gürcüstan (qrupda 1-ci pillə)
Latviya (qrupda 1-ci pillə)
Şimali Makedoniya (qrupda 1-ci pillə)
Moldova (qrupda 1-ci pillə)
Bolqarıstan (qrupda 2-ci pillə)
Litva (qrupda 3-cü pillə)
Malta (qrupda 4-cü pillə)

Səbər-2: Hamısı qrupda 4-cü pillədə yer alacaq
Cəbəllütarıq
San Marino
Şotlandiya
Şimali İrlandiya
Avstriya

Səbət-3: Hamısı qrupda 3-cü pillədə yer alacaq
Ermənistan
Yunanıstan
Almaniya
Kipr
Uels
İstrail
Andorra
Estoniya

Səbət-4: Hamısı qrupda 2-ci pillədə yer alacaq
Turkiyə
Kosovo
Monteneqro
İngiltərə
İsveç
İsveçrə
Norveç
Danimarka

Səbət-5: hamısı qrupda 1-ci pillədə yer alacaq
Macarıstan
Polşa
Albaniya

Niderlanda aparan yol:

İlkin pley-off mərhələsinin püşkatması: 13 fevral 2020, Nyon

İlkin pley-off mərhələsinin oyunları Aprel 2020

Qrup mərhələsinin püşkatması: 14 may 2020, Nyon

Qrup mərhələsinin oyun günləri: fevral, aprel, sentyabr 2021

Pley-off oyunlarının püşkatması: sentyabr 2021, Nyon
Pley-off oyunları: Oktyabr 2021

Final mərhələsinin püşkatması: 2021

Final mərhələsinin oyunları: 19 yanvar – 6 fevral 2022, Niderland


 
tarix: 01-11-2019 17:30


 
Xəbər lenti
14.11.2019

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az