(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Birləşmiş Liqa” ideyası: “Qarabağ” ilk “8-liy”ə düşə bilər

“Birləşmiş Liqa” ideyası: “Qarabağ” ilk “8-liy”ə düşə bilər

Rusiyanın tanınmış futbol funksioneri Dmitri İvanov maraqlı fikirlərlə diqqət çəkib.

Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, "Birləşmiş Liqa" yaratmaq və artıq əməli addımlar atmaq lazım olduğunu vurğulayıb.

Moskva "Dinamo"sunun sabiq baş direktoru Belçika və Hollandiya çempionatlarının birləşməyə hazırlaşdığını, bənzər ideyanı keçmiş SSRİ ölkələrinin də tətbiq etməli olduğunu söyləyib.

İvanov konkret olaraq iki ölkə deyil, bir neçə ölkə klubunun liqada iştirakını təklif edib: "Rusiya ilə Ukrayna çempionatlarını birləşdirmək artıq aktual mövzu deyil. Rusiya ilə Belarus klublarını bir araya gətirmək olar. Ancaq belədə kommersiya maraqları az olacaq. "Birləşmiş liqa"nın yaradılmasının ən təbii yolu idman prinsipindən istifadə etməkdi. Keçmiş SSRİ ölkələrini (Ukraynanı saymasaq) götürsək, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan klubları Avropa arenasında ən yüksək reytinqə malikdilər. Belə bir turnir kommersiya baxımından ən cəlbedici olacaq".

Futbol funksioneri format və klubların qarşısına qoyulacaq öhdəlik barədə də fikir bildirib: "Klublar turnirdə iştirak etmək üçün lazımi büdcəyə sahib olduqlarına dair zəmanət verməlidilər. Minimum büdcə bir milyard rubl olmalıdı - həm Rusiya klubları, həm də vahid liqaya qoşulacaq digər ölkələrin klubları üçün. 18 komandalı çempionat maraqlı olar. Onlardan 12-si Rusiyadan, Belarus, Qazaxıstan və Azərbaycandan isə 2 klub. Ən zəif nəticə göstərən iki Rusiya klubu birinci liqaya düşsün, orda ilk iki yeri tutanlar "Birləşmiş Liqa"ya yüksəlsin. Digər iştirakçı ölkələrə gəlincə, tutaq ki, Belarus klublarından biri 5-ci, digəri isə 10-cu yeri tutdu. Belədə 10-cu olan komanda növbəti mövsüm Belarus çempionu ilə vahid liqada iştirak üçün üz-üzə gəlsin".

İvanov təqvimi və legioner limitini də nəzərə alıb. "Birləşmiş Liqa"da legionerlərə limit qoyulmamasını təklif edən futbol adamı təqvimlə bağlı isə bunları deyib: "Təqvim əhəmiyyətli dərəcədə dəyişməyəcək, amma bir vacib məqam var: Azərbaycandan klubların gəlməsi ilə turnirdə cənub şəhərlərinin sayı artacaq. Buna görə qış fasiləsini əlavə turlarla azaltmaq mümkün olacaq ki, bu da müəyyən üstünlükdü".

Rusiyalı funksioner avrokubokların "Birləşmiş Liqa" ilə üst-üstə düşməsi variantını da nəzərə alıb: "Bu, müəyyən dərəcədə problemdi. "Birləşmiş liqa"da iştirak etsəniz, Avropa yarışlarında təmsilçilər azalacaq. Digər tərəfdən Belarus, Qazaxıstan və Azərbaycan komandaları Avropada nəyəsə nail olurlarmı? Düzdü, BATE, "Astana" və "Qarabağ"ı vurğulamaq olar. Çünki onlar Çempionlar Liqasında iştirak edib. Ancaq bu qədər. Adətən Belarus, Qazaxıstan və Azərbaycan klubları ilk mərhələlərdəcə avrokubokla vidalaşırlar. Yəni avrokubokda iştirak onlar üçün zərərlidi. Niyə Uels klubları İngiltərə çempionatında iştirak edirlər və bunu avrokubok xəyallarından üstün tuturlar? Çünki İngiltərə çempionatında iştirak maddi gəlir deməkdi. Şübhə etmirəm ki, BATE, "Kayrat" və "Qarabağ" ilk "8-liy"ə düşə bilər. "Birləşmiş Liqa" isə yeni sponsorluq imkanları deməkdi. Bu liqanın kifayət qədər faydası olar: daha çox sponsor - futbola daha çox pul yatırmaq, rəqabəti sərtləşdirmək, çempionatın coğrafiyasını genişləndirmək, tamaşaçı marağı, təqvimdə manevr etmək üçün yeni imkanlar". (matc.az)


 
tarix: 01-11-2019 19:00


 
Xəbər lenti
14.11.2019

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az