(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Roberto Bordin: “8 xallıq fərqi aradan qaldırmaq olar”

Roberto Bordin: “8 xallıq fərqi aradan qaldırmaq olar”

“Gözəl oyun oldu, hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boks döyüşü kimi qiymətləndirsək, biz bir neçə xal çox qazandıq. Hətta qol da vurduq, amma sayılmadı”.

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın X turunda evdə "Qarabağ"la qolsuz heç-heçədən sonra deyib.

İtaliyalı mütəxəssis bildirib ki, qol epizodları yaratmamaq problem olardı: "Yenə də deyirəm, qol vursaq da, sayılmadı. Konfransdan öncə görüntülərə baxmaq istəsəm də, hələ hazır deyildi. Baxandan sonra da fikir bildirəcəyəm. Boks söhbətini zarafatca dedim. Yəni, biz daha yaxşı oynadıq. Əlbəttə, 8 xal böyük fərqdi. Ancaq qarşıda matçlar var. Bu fərqi aradan qaldırmaq olar. Son 4 görüşdə qələbə qazanmışıq, indi də "Qarabağ"la yaxşı oyunla heç-heçə etdik. Mən razı qalmışam. Yəqin ki, rəhbərlik də razıdır".

Bordinin sözlərinə görə, komandasında heç bir problem yoxdur: "Bu gün məğlub olsaq, deyərdim ki, problem var. "Qarabağ"a qarşı oynadığımızı unutmayaq. Rəqib Avropa Liqasında yarışır, önəmli matçlara çıxır. "Neftçi"də problem olduğunu düşünmürəm. Hər şey öz yolu ilə gedir. Bu gün qol vəziyyətləri yaratdıq, qalib gəlmək istəyirdik".

Əcnəbi məşqçi rəqib futbolçu Riçard Almeyda ilə arasındakı dialoq barədə də danışıb: "Almeydaya başa salmaq istəyirdim ki, ona qarşı kobud oyundan öncə Soni Mustivara qarşı da qayda pozuntusu vardı. Rəqibin məşqçisi ilə də xırda narazılıq oldu, bu, oyunda olan epizodlardı, orda da qaldı. Oyundan razı qaldım. Çünki futbolçularımız son saniyəyə qədər qol vurmağa köklənmişdilər. Bu gün bir xal qazanmadıq, iki xal itirdik. İki qol epizodumuza təkrar baxacam. Qələbə qazansaydıq, indi burda başqa cür danışırdıq".


 
tarix: 01-11-2019 22:49


 
Xəbər lenti
22.11.2019

09:30   “Qalatasaray”ın futbolçusu Belçikada yenə heyətə alınmadı

09:00   “Yuventus”da yeni müqavilə

21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az