(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tərlan Əhmədov: “Allaha yalvarıram ki, onlara heç nə olmasın”

Tərlan Əhmədov: “Allaha yalvarıram ki, onlara heç nə olmasın”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransına bunları söyləyib:

- Açığı, hava şəraitinə görə meydanda futbol adına yaxşı nəsə görəcəyimizə elə də inam yox idi. Oyunçularıma sadəcə, mübarizə aparmaq lazım olduğunu bildirmişdim. Kim səhv etsəydi, kim qol vursaydı, bu, həlledici olacaqdı. Düzgün oynamaq lazım idi. Etiraf edim ki, “Səbail” bu gün daha istəkli idi, daha aqressiv görünürdü. Fikrimcə, bu cür havada belə nəticəni qənaətbəxş saymaq olar.

- Bu stadionda 3 oyuna beş xal qazanmısız. Bunu qənaətbəxş hesab etmək olar?
- Təbii ki, daha artığına nail ola bilərdik. Amma bu nəticə də qənaətbəxş sayıla bilər. Çünki əksər oyunlarımız səfərdə olur.

- Bu gün paraqvaylı legionerlərinizin oyunu alınmadı. Həm Sezar Meza Kolli, həm də Lorenso Frutos zəif təsir bağışladılar...
- Sezar çox texnikalı futbolçudu. Amma tək o yox, digərləri də istədiyimiz oyunu nümayiş etdirə bilmədilər. Bəlkə də Lorenso Azərbaycanda belə hava şətaiti ilə ilk dəfə üzləşir. Eləcə də Flores. Onlar üçün belə küləyin olması təəccüblüdü. Gələcəyə ümidlə baxmalıyıq. Getdikcə hava şəraiti daha sərt olacaq. Kuboku da nəzər alsaq, qış fasiləsinədək hələ 6 oyun var. Belə hava şəraitinə ilk növbədə psixoloji cəhətdən hazır olmalıyıq.

- Ehtiyat oyunçular skamyanız elə də geniş deyil. Qış fasiləsinə qədər heyətlə bağlı ciddi problemlə üzləşəcəyinizdən qorxmursuz?
- 12 aparıcı futbolçumuz var. Gecə-gündüz yalvarıram ki, onlara heç nə olmasın. İstər-istəməz qalan 6 oyunda hər şey baş verə bilər. Hətta indi oyunu gücləndirəcək futbolçu tapmaqda çətinlik çəkirik. Bu üzdən qış fasiləsində mütləq heyətə bir neçə yeni futbolçu cəlb etməyə çalışacağıq. (matc.az)


 
tarix: 02-11-2019 18:39


 
Xəbər lenti
18.11.2019

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az