(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Zirədə heç-heçə, Qəbələdə əzmkar qələbə

Zirədə heç-heçə, Qəbələdə əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Öncə “Zirə” “Sumqayıt”ı qəbul edib. Bu komandalar arasında ilk dövrədə Sumqayıtda baş tutan qarşılaşma qonaqların qələbəsiylə yekunlaşmışdı. Zirəlilər bu uğuru yenə təkrarlamağa çalışıblar. “Sumqayıt” isə Zirədən ən azı 1 xalla qayıtmağı hədəfləmişdi. Dörd qolun qeydə alındığı qarşılaşma məhz heç-heçə yekunlaşıb.

Tura “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulub. İlk dövrədə Bakıda 1:0 hesablı qələbəyə sevinən əyalət təmsilçisi doğma arenada da “Sabah”a eyni aqibəti yaşatmağa çalışıb. Bakılılar isə həmin yenilginin əvəzini çıxmaq üçün mübarizə aparıblar. Bu görüşdə də hesabı qəbələlilər açıblar. Amma paytaxt təmsilçisi qalan dəqiqələrdə iki qol vurmaqla əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, turun digər oyunlarında “Neftçi” “Qarabağ”la, “Səbail” isə “Keşlə”ylə qolsuz heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
10-cu tur

3 noyabr

“Zirə” – “Sumqayıt” 2:2
Qol: M.Kqasvane, 3. R.Qadze, 58 - P.Babayi, 28-pen. Ə.Ağayev, 81.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu, 15:00.

Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 99. Rafael Məhərrəmli, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

“Qəbələ” – “Sabah” 1:2
Qol: D.Volkov, 43 - C.İmamverdiyev, 53. H.Ekşteyn, 73.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev.
Baş məşqçi: Azər Bağırov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Rövşən Babayev.


 
tarix: 03-11-2019 18:58


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az