(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sumqayıt”ın hücumçusu: “Bombardir olmaq istəyirəm”

“Sumqayıt”ın hücumçusu: “Bombardir olmaq istəyirəm”

“Sumqayıt”ın hücumçusu Mehdi Şərifi futbolinfo.az saytına müsahibə verib. İranlı forvard komandasının cari mövsümdəki çıxışını dəyərləndirib, cəza səbəbindən buraxacağı “Zirə” ilə oyundakı şanslarından danışıb:

- Sumqayıt”ın bu mövsümkü çıxışını necə dəyərləndirirsən?
- Bizim yaxşı kollektivimiz, yaxşı məşqçimiz var. Bu günə qədər bacardığımız qədər yaxşı çıxış etməyə çalışmışıq. Bəzi oyunlarda çox yaxşı oynadıq. Bəzi matçlarda isə fərdi səhvlər hesabına uduzduq. Lakin vacib olan odu ki, əlimizdən gələni edirik. Çalışacağıq ki, bundan sonra da ən yaxşısını ortaya qoyaq.

- Hər halda öz çıxışını yaxşı dəyərləndirirsən. Hesabında artıq 4 qol var...
- Mənim üçün hər zaman komandanın uğurları daha önəmlidi. İstəyirəm ki, çempionatda daha yaxşı vəziyyətdə olaq, daha yaxşı yerlərə gələk. Əlbəttə ki, mən də daha çox qol vurmaq fikrindəyəm. Mövsümün bombardiri olmaq istəyirəm.

- Komandanızın hədəfi nədi?
- İlk “3-lük”də olub avrokuboklara vəsiqə qazanmaq istəyirik. Ümid edirəm ki, bu arzumuza çatacağıq.

- Bu tur “Zirə” ilə səfər matçı var və sən vərəqə limitinə görə meydanda olmayacaqsan...
- Buna görə çox üzgünəm. 4 sarı vərəqə aldığım üçün oyunu buraxacam. Amma komandaya inanıram. Ümid edirəm ki, bu səfərdən xallarla qayıdacaqlar. Komanda yoldaşlarıma güvənirəm.

- Aleksey İsayevin qayıdışı sizi sevindirir?
- Əlbəttə ki, sevindirir. O, futbolu bilən yaxşı oyunçudu. Baş məşqçi də onu çox istəyir, başqa futbolçular kimi. Düşünürəm ki, Aleksey bizə çox kömək edəcək. Həqiqətən o, komanda üçün çox önəmli oyunçulardan biridi.

CAVAD


 
tarix: 03-11-2019 11:36


 
Xəbər lenti
17.11.2019

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az