(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qriqorçukdan “Sabah”a kimi...

Qriqorçukdan “Sabah”a kimi...

“Sabah” qışdan sonra da belə geridönüş edə bilər. Mövsümün ilk hissəsindəki büdrəmələri, xal itkilərini sığortalamaq üçün hələ şans var. Necə ki, dünən Qəbələdə ilk hissədəki məğlubiyyəti ümumi qələbəyə çevirmək mümkün oldu.
 
“Sabah” fövqəadə heç nə etmədi. Sadəcə, gücünü, heyət zənginliyini 45 dəqiqə ərzində ortaya qoydu. Aylardı komandada məhz bu çatmır. Bəlkə də təcrübəsizlik, məşqçi postuyla bağlı qeyri-müəyyənlik, qeyri-sabitlik, heyətdə bəzən yersiz rotasiyalar komandanın zirzəmidə olmasını şərtləndirib. Heyətinə, imkanlarına görə isə “Sabah” ilk “üçlüy”ə layiq komandadı.
 
Mövsümöncəsi bu komandadan çox şey gözlənilirdi. Əla transferlər, xüsusilə yerli oyunçu potensialı “Sabah”ı favoritlərlə bir cərgəyə qoyurdu. Qalırdı doğru işlər görüb, nəticələri qazanmaq. Təəssüf ki, məşqçi işi arzulanan kimi alınmadı, lider gözü ilə baxılan bəzi oyunçular bu ağırlığın altında əzildi, özlərinə inanmadı, büdrəmələr oldu. İndi də komanda məşqçi baxımından tam rahat deyil. Hər iki qələbə İqor Ponomaryovla qazanılsa da, uğurlu, sabit seriya üçün daha yaxşı seçimə ehtiyac var.
 
Premyer Liqada mübarizənin səviyyəsi elədi ki, ardıcıl 2-3 qələbə avrokubok zonasına düşmək deməkdi. Və hazırda “Sabah”da bunun üçün hər cür şərait var. Təmkini qorumaq, səhvlərdən doğru nəticə çıxarmaq və daha çox çalışmaq lazımdı. Necə ki, dünənki oyunda məhz bunun işartıları göründü. Heyətə normal səviyyədə legionerlər cəlb olunub, milli üzvü olan yerlilər var. Onları vahid ansambla çevirib irəliləmək lazımdı.
 
Heç-heçələrin bəzək vurduğu turda yeganə qalib “Sabah” oldu. Deməli, komanda ən çətin məqamlarda toparlanmağı bacarır. Qışa kimi bütün matçlara final görüşü gözü ilə baxılsa, ilk “dördlüy”ə düşmək çətin olmayacaq. Heyətdə sabitliyə və komandanın öz üslubuna sadiq qalmasına ehtiyac var.
 
Turun yeganə məğlubu olan “Qəbələ”ylə bağlı hər şey aydındı. Tamamilə yenidən yığılmış heyətdə bəzən nələrsə alınır, bəzən yox. Reallıq dəyişmir – “qırmızı-qaralar” sonuncu pilədədi və çox şey maliyyəyə bağlıdı. Birvaxtların varlı “Qəbələ”sinin kasıb varisinin durumu budur. Xüsusilə Sənan Qurbanovun vaxtındakı fiasko-start sonuncu pilləni şərtləndirib.
 
Taleyin ironiyasıdı – “Qəbələ”nin sonuncu pillədə möhkəmləndiyi həftəsonu onun sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanda ölkə çempionu oldu. Ukraynalının ölkəmizdə aldığı maaş “Qəbələ”nin indiki büdcəsinə bərabər idi. Halbuki Roman Azərbaycandan ümumiyyətlə, titulsuz ayrıldı. Bəlkə, bəlkə, bəlkə də...
 
AĞA

 
tarix: 04-11-2019 09:00


 
Xəbər lenti
19.11.2019

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az