(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Səbail”in haqqı yeyildi, rəhbərlik sevindi

“Səbail”in haqqı yeyildi, rəhbərlik sevindi

“Səbail” 6 turdu qələbə üzü görmür. Buna baxmayaraq, hələ də Premyer Liqanın ilk “dördlüy”ündə qərarlaşan komandanın vəziyyəti günü-gündən pisləşir. Daha bir uğursuz nəticə və özündən aşağıdakı hansısa komandanın qələbəsi “dənizçilər”i zirzəmiyə yaxınlaşdıracaq.
 
Baş məşqçi Aftandil Hacıyev hazırda hər cür məhrumiyyətlərə sinə gərir. Legioner futbolçuların bir neçəsi yola salınıb, heyət gücləndirilməyib, büdcə azaldılıb. Bütün bunlara rəğmən, komanda hələ də startdakı uğurlu nəticələrə görə yuxarı pillələrdə davam gətirir. Rəhbərlik məşqçi və futbolçulara hətta mənəvi dəstək vermədiyindən bu, uzun sürməyəcək. Yəqin ki, geriləmə başlayan kimi günahkar axtarışı başlayacaq.
 
Klub rəhbərliyi hətta haqlı olduqları məqamlarda da futbolçuları müdafiə etmir, onların əziyyətinin yerə vurulmasına göz yumurlar. Son turun “Keşlə” ilə oyununun 18-ci dəqiqəsindəki epizoda görə indiyədək kimsənin səsi gəlməyib. Faktiki, həmin oyunda “Səbail”in təmiz qolu qeydə alınmadı. Ürfan Abbasovun zərbəsindən sonra rəqib müdafiəçinin dizinə dəyib, tora qovuşan top qol kimi qeydə alınmadı. Əksinə, baş hakim Rəvan Həmzəzadə Fəhmin Muradbəyliyə sarı vərəqə göstərdi. Guya ki, top onun əlinə dəyərək istiqamətini dəyişib.
 
Oyunun gedişində hər şeyi aydınlaşdırmaq olmur, hakimə inanmağa çalışırsan. Lakin 0:0 bitən matçdan sonra da “Səbail”dən kimsə səsini çıxarmadı, etirazını bildirmədi. Klubun hətta haqsız yerə cəzalanan Muradbəylinin sarı vərəqəsini ləğv etdirməyə də cəsarəti çatmayacaq. Heç bunun üçün müraciət etməyiblər. Rəhbərliyi klubun maraqları yox, Elxan Məmmədovun qurduğu monopoliyadakı sakitçilik maraqlandırır. Çempionat, Hakimlər Komitəsi, əksər klublar, oyunları yayımlayan telekanal – hamısı baş katibə tabedi və kimsə bu epizodu müzakirə etməyi də lazım bilmir.
 
Qorxu da var. Komandasının uduzdurulmasına görə haqq səsini ucaldan “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin kəsilmiş qulaqlarının qanı hələ qurumayıb. Ona verilən gözdağından sonra kim səsini çıxarar ki? Həm də çıxarsa, nə dəyişəcək? “Səbail”də belə cəsarəti olan kimsə yoxdu. Futbol məktəbində topdaşıyan olmuş birisini Bayıl təmsilçisinə idarəçi qoyanda belə mövzulara toxunmamaq tapşırığı veriblər.
 
Həm də indi qələbənin əldən alındığının dilə gətirilməsi Aftandil Hacıyevin müdafiə edilməsi deməkdi. Bu isə baş məşqçini qovub, Təbriz Həsənov, Babək Alxasov, Yaşar Vahabzadə kimi sözəbaxanlardan birini gətirmək üçün aylardı baş sındıran icraçı direktor Ramin Həsənovun planlarına daxil deyil. Zamanı gözləyirlər, ya hakimlərin, ya rəqiblərin əli ilə “Səbail”in nəticələri o qədər pisləşməlidi ki, Hacıyev istefa ərizəsini yazsın.
 
FƏRİD

 
tarix: 04-11-2019 17:09


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az