(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Belə davam etməmək üçün heç bir səbəb yoxdu”

“Belə davam etməmək üçün heç bir səbəb yoxdu”

“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar futbolinfo.az saytına müsahibə verib. O, komandasının çıxışını dəyərləndirib, “Keşlə” ilə oyundakı şansları barədə danışıb:

- “Qarabağ”la oyundakı 0:0-lıq heç-heçəni necə dəyərləndirirsən?
- Fikrimcə, çox yaxşı oyun oldu. İlk yarıda bərabər mübarizə getdi. Lakin ikinci hissəni biz daha yaxşı oynadıq. Meydanda daha çox intensiv hücumlar etməyə başladıq. Təhlükəli epizodlarımız oldu. Lakin fürsətlərdən istifadə edə bilmədik.

- Razısan ki, bu matç “Neftçi” üçün 6 xallıq oyun idi?
- Razıyam. Düzdü, biz 6 xal əldə etməyəcəkdik, amma turnir cədvəli baxımından 6 xala bərabər matç adlandırardım. Çalışdıq, qalib gəlmək istədik. Qol vura bilməməyimizə təəssüflənirəm.

- Aradakı fərq olduğu kimi qalır...
- Çempionat uzun marafondu və bizim qarşıda xeyli sayda oyunumuz var. Düşünürəm ki, fürsətlərimiz olacaq ki, xal fərqini aradan qaldıraq. İndi irəliyə baxmaq zamanıdı.

- Son 5 oyunda komanda 13 xal qazanıb. Səncə, mövsümün əvvəlindən bu çıxışı göstərmək olmazdımı?
- Mən dəqiq deyə bilmərəm ki, bunun səbəbi nədi. Niyə biz mövsümün əvvəlindən belə çıxış edə bilmədik. Lakin əsas odu ki, biz öz oyunumuzu göstərə bildik, ardıcıl qələbələr qazandıq. Bundan sonra daha yaxşı oynamaq zamanıdır. İradəmiz imkan verdi ki, özümüzfə güc tapıb toparlanaq.

- Belə davam etmək üçün nə lazımdı?
- Fikrimcə, belə davam etməmək üçün heç bir səbəb yoxdu. Oyundan-oyuna daha yaxşı oynayırıq. Bu cür oynasaq, xallar gələcək. Səhv etməməliyik.

- Qarşıda “Keşlə” ilə matç var...
- Ağır oyun olacaq. Rəqib mövsümün yaxşı komandalarından biridi və inamlı çıxış edirlər. Lakin bizi sadəcə, qələbə qane edir. “Qarabağ”la matçdakı kimi yaxşı oynamalıyıq. Səfər oyunundan 3 xalla qayıtmaq lazımdı. Bu, bizə kömək edəcək.

AĞA


 
tarix: 06-11-2019 09:00


 
Xəbər lenti
14.11.2019
13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az