(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabah”da yeni sponsor

“Sabah”da yeni sponsor

“Sabah” klubu ilə “Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsi bağlanıb. Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, “Sabah”ın akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
 
Bu il “Maxi.az” şirkəti müxtəlif sahələri əhatə edən sosial layihələrə başlayıb. Bu layihələr kimsəsiz və yardıma möhtac uşaqların qayğısına qalmaq, sahibsiz heyvanlara yardım, xəstələrə könüllü donorluq, vətənpərvərlik hissinin gücləndirilməsi, həmçinin Vətən uğrunda fədəkarlıq etmiş qəhrəmanların təbliğini əhatə edib.
 
“Maxi.az” şirkətinin direktoru İlkin Qasımov “Sabah”la əməkdaşlığın “Maxi.az” komandasının bu istiqamətdə fəaliyyətinin məntiqi davamı olduğunu bildirib: “Bu əməkdaşlıqda əsas diqqət uşaq futbol akademiyasına yönələcək. İdmanın istənilən sahəsində, həmçinin futbolda gənc kadrların hazırlanması ən mühüm məsələlərdən biridir. Hesab edirik ki, gənc kadrların hazırlanması ölkəni təmsil edən hər bir futbol klubunun gələcək müvəffəqiyyətlərinin təməlini təşkil edir. “Maxi.az” ölkə futbolunun inkişafına dəstək vermək, həmçinin böyük kütləni əhatə edən futbol vasitəsilə sosial layihələrini daha da genişləndirmək məqsədilə “Sabah” FK ilə əməkdaşlığa başlayır.”
 
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov isə uşaq futboluna edilən yatırımların əhəmiyyətindən bəhs edib: “Futbolun inkişafı uşaq futbolundan başlayır. “Sabah” da yarandığı ilk gündən uşaq futbolunun inkişafı üçün çalışıb. Bizim əsas missiyamız futbol akademiyamızı müasir standartlara uyğun hala gətirmək və gələcəkdə ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bir müddət öncə Xorvatiyanın ən böyük futbol akademiyasına malik, dünya futboluna bir çox istedadlar bəxş etmiş “Dinamo Zaqreb”lə əməkdaşlıq müqaviləsinin bağlanması da məhz bu məqsəd uğrunda atılmış növbəti addımdır. Müasir dövrdə futbolun inkişafı sponsorlar olmadan mümkün deyil. Hazırda “Sabah” öz sahəsində tanınmış bir neçə şirkətlə əməkdaşlıq edir. Artıq bu tərəfdaşlarımızın arasına yeni biri də əlavə olunur. İnanıram ki, bu əməkdaşlıq ölkədə uşaq futbolunun inkişafında yeni təkan olacaq. Bu yolda bizə dəstək olan “Maxi.az”-a öz təşəkkürümüzü bildiririk.”
 
Qeyd edək ki, müqavilənin müddəti 2019/20-ci il futbol mövsümünü əhatə edəcək.
 
 
 

 
tarix: 06-11-2019 10:28


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az