(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qrup ikinciliyinə favorit “Qarabağ”dı”

“Qrup ikinciliyinə favorit “Qarabağ”dı”

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Sevilya" sabah IV tur çərçivəsində növbəti oyununu keçirəcək. Futbolinfo.az saytı xəbər verir ki, La Liqa təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.

İspaniya klubu səfər oyununda ehtiyat qüvvə ilə meydana çıxacaq. Buna baxmayaraq, "Sevilya"nın məqsədi Lüksemburqdan 3 xalla dönməkdi. Çünki itkisiz irəliləyən Xulen Lopeteqinin yetirmələri daha bir qalibiyyətlə 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

İspaniya KİV-i komandanın qrupu birinci pillədə başa vuracağına şübhə etmir. Həmkarlarımız dekabrda 2-ci yerlə mərhələ adlayacaq digər klubun isə "Qarabağ" olacağını düşünür. Belə ki, qrupu dəyərləndirən yerli mətbuat Azərbaycan çempionunu bu yerə favorit sayır: "Düdelanj" qrupdan çıxmaq şansını davam etdirmək üçün "Sevilya"nı məğlub etməlidi. Ancaq bu, heç də inandırıcı görünmür. La Liqa təmsilçisi üçün Lüksemburq səfəri çətin olmamalıdı. Bu da "Qarabağ"a əlavə üstünlük verir. Azərbaycan komandası qrup ikinciliyinə əsas favoritdi".

Qeyd edək ki, qrupun digər matçında sabah "Qarabağ" APOEL-in qonağı olacaq. Səfər qələbəsi qazanacağı təqdirdə, Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqəni, demək olar ki, rəsmiləşdirəcək.


 
tarix: 06-11-2019 15:15


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az