(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tomas Doll: “Qarabağ”ın necə oynayacağını bilirik”

Tomas Doll: “Qarabağ”ın necə oynayacağını bilirik”

Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 53 yaşlı almaniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ"la iki həftə əvvəlki matçda komandam o qədər də yaxşı vəziyyətdə deyildi. Bəzi problemlərimiz oldu. Bu üzdən çempionatda da istədiyimiz kimi oynaya bilmədik. Amma ilk görüşdə xarakter göstərdik və iki qol vurduq, heç-heçəyə nail olduq.

Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. "Qarabağ"la bu mövsüm baş tutan əvvəlki matçlarda 4 qol vurmuşuq. Qarşıdakı oyunda da fərqlənməyi hədəfləmişik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. "Qarabağ"la ilk görüş kimi, ikinci oyun da finala bərabərdi. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox yaxşı köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".

Doll komandasının evdə oynamasının onlar üçün üstünlük olduğunu bildirib: "Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, "Qarabağ"a əks-hücum şansı verməmək lazımdı. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq".


 
tarix: 06-11-2019 21:13


 
Xəbər lenti
21.11.2019
20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az