(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Normal qrupda yer almışıq” - Millimizin baş məşqçisi

“Normal qrupda yer almışıq” - Millimizin baş məşqçisi

Bu gün futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, millimiz yanvarın 27-dən fevralın 5-dək keçiriləcək oyunlarda Rusiya, Slovakiya və Xorvatiya ilə qarşılaşacaq. Oyunlar Xorvatiyada təşkil ediləcək. 

Püşklə bağlı Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlama verib:

“Qrupumuzda yer alan komandalardan ikisi ilə bu il artıq qarşılaşmışıq. Söhbət Rusiya və Slovakiyadan gedir. Rusiya ilə sentyabrda “Caspioan Cup” beynəlxalq turnirdə, Slovakiya millisiylə oktyabrda DÇ-2020-nin əsas mərhələsinin oyununda gücümüzü sınamışıq. Əlbəttə, Rusiya millisi qrupumuzun favoritidir. Slovakiya və Xorvatiya isə ikinci yer uğrunda mübarizə aparacaq.

Rəqiblərimizi ayrı-ayrılıqda xarakterizə etsək, deyərdim ki, Rusiya millisi daim dünya və Avropa çempionatlarının final mərhələsində oynamağa alışıb. Təbii ki, yenidən bu vəsiqəyə sahib çıxmaq üçün hazırlaşacaqlar. Xorvatiya isə oyunları doğma məkanda keçirəcək. Bu onlar üçün əlavə üstünlük olacaq. Slovakiyanı ötən ay Bakıda məğlub etsək də, güclü rəqib olduqlarını qeyd etməliyəm. Ümumiləşdirsək, rəqiblərimizlə mübarizə aparmaq olar”.

Hazırlıq planı ilə bağlı isə baş məşqçi bunları qeyd edib: “Normal qrupda yer almışıq. Komandaların hər birinin bu vəsiqəni qazanmaq şansı var. Artıq kimin necə hazırlaşmasından çox şey asılıdır. Yaxın günlərdə futzal federasiyasının prezidenti Zaur Axundovla görüşəcəm və hazırlıq planını ona təqdim edəcəm. Dekabrda FİFA-nın oyun pəncərəsi var. Bundan istifadə etmək istərdik. Amma yanvarda uzunmüddətli toplanış təşkil etməli və bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Ona qədər heyətimizi də tam komplektləşdirməliyik. Zədəli oyunçularımızdan Kardoso Everton artıq sağalıb və komandasının oyunlarında iştirak edir. Hətta ötən gün qol da vurub”.

Şanslarla bağlı da danışan baş məşqçi bunları deyib: “Əlbəttə, vacib olan final mərhələsinə vəsiqə qazanmaqdı. Bunu qrup birincisi kimi bacaracağıq, yoxsa pley-off yolu ilə edəcəyik, oyunlar və nəticələr göstərəcək. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Vacib olan düzgün, yaxşı hazırlıq keçmək və futzalçılarımızın zədədən uzaq olmasıdır”.


 
tarix: 07-11-2019 19:00


 
Xəbər lenti
15.12.2019

23:01   Lider səfərdən xalsız döndü

22:34   MS “Arsenal”a qalib gəldi, MY xal itirdi

22:03   “Fənərbaxça” səfərdə, “Beşiktaş” evdə uduzdu

21:00   150-ci dəfə qələbə sevinci yaşadı

20:13   “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36   Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13   Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52   Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26   “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06   Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58   Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49   Yalnız Peyman Babayi

16:12   “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51   “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15   Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46   “Napoli”də ciddi itki

12:59   Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02   “Bavariya”da 300-cü oyun

11:09   Turabovun komandası səfərdən 1 xalla döndü

10:24   Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az