(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rizvan Fərzəliyev: “Ən azı ilk iki yerdən birini tutmalıyıq”

Rizvan Fərzəliyev: “Ən azı ilk iki yerdən birini tutmalıyıq”

Dünən DÇ-2020-nin elit-raund mərhələsinin püşkü atılıb. 

Futbolinfo.az xəbər verir ki, gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək qrup oyunlarında millimiz Rusiya, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək. 

Bəs millinin kapitanı Rizvan Fərzəliyev püşklə bağlı nə düşünür? Onun federasiyanın rəsmi saytına açıqlamasını diqqətinizə çatdırırıq:

“Hamısı tanış rəqiblərdi. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm. Ümumi götürsək, qrupumuzu bir qədər əlverişli də adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı iki yerdən birini tutmalıdır.

Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzdün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu bizi narahat etməməlidir”.

Rəqiblərimizi yaxından tanıdığımız qədər onlar da komandamız haqda məlumatlıdırlar. Bu amil əlehimizə işləməyəcək? Kapitanın cavabı belə oldu: “Düzdü, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan razıyam, vəziyyət bərabərdir”.

Şanslar haqda da danışan Fərzəliyev Rusiya millisinə xüsusi diqqət yetirməyin vacibliyini vurğuladı: “Hazırkı məqamda bütün komandaların şansı bərabərdir. Ancaq indiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiya millisinin oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının finalında oynamağa alışıb. Xorvatiiya ilə isə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının qrup oyunlarına onlar evsahibliyi edirdilər. Heç-heçə etsək də biz qrupun qalibi olduq və pley-off-da Niderland millisi ilə qarşılaşdıq, Kolumbiyaya vizanı əldə etdik. Təbii ki, bu oyun 4 il əvvəl olub. İndi Avropada zəif komanda yoxdur, hər bir milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı 4 komandanın hər birinin birinci yeri tutmaq sanşı var. Birinci yeri tutsaq əla olar. Ən pis halda pley-off-larda oynamaqla bu vəsiqəni qazanmalıyıq”.


 
tarix: 08-11-2019 12:40


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az