“Sabah”ın müdafiəçisi Filip İvanoviçin futbolinfo.az saytına müsahibəsi
- Qəbələdə qazanılan qələbə yəqin ki, əhvalınızı yaxşılaşdırıb...
- “Qəbələ”yə qarşı çətin oyun gözləyirdik. İlk hissənin sonuna qədər bir qol buraxsaq da, xarakter nümayiş etdirdik. İradəmiz sayəsində 2 qol vurub qalib gəldik.
- Komandanın son oyunları yaxşı səviyyədə keçirməsinin səbəbini nədə görürsən?
- Oyundan-oyuna daha yaxşı çıxış edirik. Formamızı bərpa edirik, çoxlu qol imkanları yaratmağa başlamışıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda qol fürsətlərindən daha çox istifadə edəcəyik. Əlimizə düşən fürsətlərdən yararlanıb qollar vuracağıq.
- “Zirə” ilə matçda üstün olsanız da, son dəqiqələrdə qol buraxdınız. İki hissədə iki fərqli “Sabah” izləyirik...
- “Zirə” yaxşı komandadı. Fərdi keyfiyyətləri yüksək olan təcrübəli futbolçulara malikdirlər. Lakin düşünürəm ki, onlarla qarşılaşmada sona qədər üstünlük bizdə idi. Futbol hakimin final fitinə qədər oynanılır. Son dəqiqələrdə daha çox təcrübəyə inanıb oynamalısan. Lakin həmin matçda bunu etmədik. İndi həmin səhvlərdən dərs almalıyıq.
- Uzun müddətdi klubdasan və bir neçə oyundu ki, başqa məşqçi ilə işləyirsən. Nələr dəyişdi?
- Məşqçi ilə futbolçular bir-birini yeni tanıyır. Düşünürəm ki, yeni məşqçi futbolçulara öz fərdi keyfiyyətlərini göstərmək şansı və sərbəstlik verdi. Bu da nəticələrə təsir edir. Qısa müddətdə hər şey yaxşıya doğru irəlilədi. Düşünürəm ki, bundan sonra bizim əlimizdədi.
- Hədəfinizə çata biləcəksiniz?
- Oyundan oyuna düşünmək lazımdı. Mövsümün əvvəlində hədfədən danışmaq doğru deyil. Ən vacibi qarşıdakı matçdı. Mümkün qədər çox xal toplamağa ehtiyac var.
- “Sumqayıt”la qarşılaşmada qələbəyə ümid edirsiz?
- “Sumqayıt” yaxşı məşqçinin idarə etdiyi maraqlı komandadı. Ciddi şəkildə hazırlaşırıq. Əsas hədəfimiz aktivimizə növbəti 3 xalı yazmaqdı.