(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Kimdir günahkar?

Kimdir günahkar?

APOEL-lə oyunun qırılma nöqtəsi Maqaye Geyenin oyundan alınması idi. Hər nə qədər zəif oynasa da, ümidi doğrultmasa da, bu futbolçu meydanda qalmalı idi.
 
Daha yaxşı alternativ olsaydı, heç bu futbolçu meydana çıxmazdı. Amma yoxdu və belə şəraitdə Maqayenin oyunda qalması şərt idi. Əsl hücumçusuz oynamaq intihara bərabər idi. Heyətdəki heç bir digər mövqe futbolçusu forvardı əvəzləyəcək durumda deyil.
 
APOEL-lə dünənki oyunda ağdamlıların baş məşqçisi Qurban Qurbanovun yeganə səhvi bu idi. Transfer zamanı daha yaxşı hücumçunun alınmaması, komandanın qeyri-sabit, zədəyə meylli Mahir Əmrəli və Geyeyə möhtac buraxılması böyük nöqsan idi. Amma olan olmuşdu və əldə olanlara baxsaq, dünən Maqayenin meydandakı ölüsü də daha faydalı idi.
 
“Qarabağ” qol vəziyyətləri baxımından kiprliləri aşkar üstələyirdi. Lakin xalı belə epizodların sayına görə yox, onlardan necə yararlanmağa görə verirlər. Və məhz Geyenin meydanda olduğu vaxt ağdamlılar daha yaxşı görünürdü. O başqa məsələ ki, Miçel, Zubir və başqaları inanılmaz şansları əldən verdi. İkinci hissənin əvvəlində Madeyranın 2 şansı qola çevrilməyəndə bəxtin də tərəfimizdə olmadığı aydınlaşdı.
 
Qurbanov oyunu əla qurmuşdu. Erkən qol öz yerində, komanda oyuna yanaşma baxımından bir addım öndə idi. Heyətdəki çox ciddi itkilərə rəğmən, məşqçi ən yaxşı futbolçuları, ən doğru taktikanı seçmişdi. Dani Kintananın zədələnməsi vəziyyəti daha da çətinləşdirdi və sonuc faciəvi oldu. Miçel Madeyra sıradan çıxanda isə “Qarabağ”ın orta sahədəki hakimiyyəti bitdi, kiprlilər təzyiqi artırıb, vacib qolu vurdu.
 
Əslində, püşk atılarkən “Qarabağ”ın qrupdakı əsas rəqibinin APOEL olacağı aydın idi. Bu rəqiblə 2-ci yer uğrunda mübarizə aparmaq lazım gəlirdi. “Düdelanj”ın Kiprdəki sensasiyası bizə əlavə bonus vermişdi və APOEL-lə şəxsi oyunlarda uduzmamaqla arzunu reallaşdırmaq, qrupdan çıxmaq gərək idi. Bacarmadıq! Düzdü, hələ şans var, Lüksemburq klubu daha bir sürpriz edə bilər. Bununla belə, “Qarabağ”ın taleyinin daha öz əlində olmadığını vurğulamalıyıq.
 
“Qarabağ”ın bir sıra səhvləri oldu. Məşqçisi, futbolçusu bəzən bağışlanmaz yanlışlıqlar etdi. Futbolda belə şeylər olur. Buna görə isə 6 ildi inanılmazı bacaran komandanın üstündən xətt çəkmək olmaz. Olarsa, o zaman ilk mərhələlərdə mübarizəni dayandıran digər avrokubok iştirakçılarımızı dar ağacından sallamalıyıq. “Qarabağ” hədəfləri özü böyüdüb və daha da irəli getməsini arzulamağımız təbiidi. Lakin “Səbail”i, “Zirə”ni darmadağın etməyə həmin Maqaye də bəs edirsə, klubu niyə milyon dollarlıq futbolçu almamaqda suçlaya bilmirsən. Çempionatın səviyyəsi ilə avrokubok tam fərqlidi. İkisinin arasında qalanda belə nəticələr gözləniləndi. Maddi imkanları şişirdiriksə, APOEL-in büdcəsinə, futbolçularının qiymətinə də nəzər salmalıyıq.
 
Təbii ki, tarixi şans var idi və hələ də ümidlər bitməyib. Sona kimi komandaya inanmaq lazımdı. Qurbanov və yetirmələri mümkün olanı edir, maksimumu reallaşdırmaq üçün bir az da artırmalıdılar. “Qarabağ” ölkə daxilində hamıdan bir baş üstün görünür, amma Avropada rəqiblərlə 8 xallıq fərq yaratmaq olmur. Bunun üçün heyətində daha səviyyəli oyunçular olmalıdı, həmin oyunçular isə ölkəmizə gəlib boş tribunalar önündə oynamaq istəmir. Özümüzü düzəldək, sonra ən yaxşımızdan daha yaxşısını istəyək.
 
AĞA

 
tarix: 08-11-2019 13:07


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az