(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Samir Ələkbərov: “Neftçi”də işləməyə hazıram”

Samir Ələkbərov: “Neftçi”də işləməyə hazıram”

Bu gün “Neftçi”nin veteran futbolçusu Samir Ələkbərovun 51 yaşı tamam olur. 

Futbolinfo.az xəbər verir ki, 1968-ci ildə dünyaya gəlmiş hücumçu 1987-1999-cu illər ərzində "Neftçi”nin heyətində 280 oyun keçirib. 138 qolun müəllifi olmuş Ələkbərov "Neftçi” tarixinin ən çox qol vurmuş futbolçudu. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1996) və Superkubokun (1993) qalibi olmuş Samir Ələkbərov 1991, 1992, 1993-cü illərdə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1992-1996-cı illər ərzində Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 2 qol vurub. Samir Ələkbərov məşqçilik fəaliyyətinə də "Neftçi”də başlayıb. O, 2002-2006-cı illərdə ərzində məşqçi kimi çalışdığı komandamızla ölkə çempionatının (2004, 2005) və kubokunun (2004) qalibi olub.

Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.

- Doğum gününüz mübarək, Samir müəllim! Bu günü necə qeyd edəcəksiniz?
- Çox sağ olun! Bu gün mənim üçün böyük bir önəm daşımır, sadəcə bir rəqəm o birini əvəzləyir.

- Deməli, qeyd etməyəcəksiz?
- Ənənəvi olaraq ailəmlə bir yerdə, evdə keçirəcəm. Adətən, qeyri-adi bir planım olmur.

- Doğum gününüzdə sizə təqdim edilən ən gözlənilməz hədiyyə nə olub?
- Ümumiyyətlə, hədiyyə almağı xoşlamıram, amma keçən il mənə çox maraqlı hədiyyə veriblər. Səhər üzərində "50” yazısı olan mayka hədiyyə ediblər, axşamüstü isə mənimlə vidalaşıblar (gülür).

- "Neftçi”nin oyunlarına baxırsızmı?
- Həmişə! "Neftçi” hər zaman mənim qəlbimdədi. Həmişə demişəm və deyəcəm: mən "Neftçi”də işləməyə hazıram və öz biliklərimi bu komanda ilə bölüşməyə şad olaram!


 
tarix: 08-11-2019 13:23


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az