(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ”nin legioneri “Keşlə”ylə oyunun ilk yarısını unuda bilmir

“Qəbələ”nin legioneri “Keşlə”ylə oyunun ilk yarısını unuda bilmir

“Qəbələ”nin yarımmüdafiəçisi Ferreyra Lopez Fernan futbolinfo.az saytına müsahibə verib. O, komandasının son oyunları barədə danışıb, növbəti turda qələbəyə oynayacaqlarını bildirib.
 
- Evdə “Sabah”a məğlubiyyəti gözləyirdiniz?
- Bizim fikrimiz ancaq qalib gəlmək idi. İstənilən matça 3 xal üçün çıxırıq. Sadəcə, əlimizə düşən fürsətləri boşa verdik, üstünlüyümüzü qoruyub saxlaya bilmədik. Nəticədə doğma meydanda uduzduq. Lakin qələbəyə köklənmişdik.
 
- Komanda baş məşqçi dəyişikliyindən sonra xallar qazandı, amma son 2 oyunda 2 məğlubiyyət...
- Düşünürəm ki, müdafiə olunarkən daha çox konsentrasiya olmalıyıq. Bəzi məqamlarda səhvlərə yol veririk. Bununla yanaşı, əlimizə düşən fürsətləri mütləq dəyərləndirmək lazımdır. “Keşlə”yə qarşı oynadığımız ilk hissəni çıxsaq, digər matçlarda daha yaxşı nəticəyə layiq idik. Sadəcə, həmin matçın ilk yarısında pis oynadıq.
 
- Sanki oyunlarınız zamanı qələbə qazanmağa inamın az olduğu görünür...
- Belə düşünmürəm. Biz qalibiyyətə layiqik və gözəl oyunlarımız da olur. Bütün komandalara qalib gəlmək iqtidarındayıq. Bunun üçün gücümüz, qüvvəmiz, oyunçularımız var. Məsələn, “Qarabağ”la oyunda bunu sübut etdik. Çempionatın ən yaxşı komandasın, liderinə qarşı inamlı oynadıq.
 
- Öz oyununda əvvəlki matçlara nisbətən irəliləyiş hiss edirsən?
- Hər matçda özümü meydanda çox yaxşı hiss edirəm. Bu, mənə inam verir, güc verir. Vaxt getdikcə meydanda daha yaxşı izlər buraxmağa çalışıram. İspaniyadan bura gəldiyim zaman tamam fərqli liqa idi. Ona görə  də müəyyən çətinliklər yaşadım. Lakin indi bura tam uyğunlaşa bilmişəm.
 
- “Səbail”lə qarşılaşmadan gözləntilərin nədir?
- Bu matç gərgin və çətin olacaq. Lakin “Sabah”la oyundakı kimi başlasaq, düşünürəm ki, 3 xal əldə edə bilərik. Əgər həmin oyunu oynasaq, çoxlu qol vəziyyətləri yaradarıq. Ona görə də ciddi hazırlaşmışıq və yaxşı oyun göstərəcəyimizə inanıram.
 
FƏRİD

 
tarix: 08-11-2019 16:32


 
Xəbər lenti
23.11.2019

02:30   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:56   “Levante”dən çətin qələbə

01:41   PSJ-dən inamlı qələbə

01:29   “Borussiya” doğma meydanda xal itirdi

22.11.2019

23:47  “Qalatasaray” “Başakşəhər”ə doğma meydanda uduzdu

23:37  Dmitri Nazarov qol vurdu, komandası qələbə qazandı

23:20  Sarri: “Ronaldo özünü yaxşı hiss etmir”

22:29  Millimizin rəqibi Macarıstanla qarşılaşacaq

21:58  “Qarabağ” “Sumqayıt”a belə uduzdu - VİDEO

21:33  Ayxan Abbasov: “Bizi sevindirən odu ki...”

21:20  Qurban Qurbanov: “Qarabağ”da oynamaq asan deyil”

21:00  Etopaz əmsalları yüksəltdi

20:53  “Qarabağ” ilk məğlubiyyətinə üzüldü

20:44  “Qarabağ”a qol vurdu, valideynləri ilə bayram etdi – FOTOLAR

19:49  AÇ-2020: Danimarka - Rusiya matçının stadionu bilindi

19:35  Formadakı səhvə görə milli komandaya intizam işi açıldı

19:07  Birinci Divizion: 12-ci turun oyun cədvəli

18:49  Premyer Liqada 13-cü turun təqvimi bilindi

18:19  AFFA Yurçeviçlə yolları ayırır?

18:11  “Qəbələ”nin durumu AFFA-nın iclasında müzakirə olunacaq

18:00  Vanesyanda olan abır bunlarda olsaydı...

17:49  Gəncədə yeni məşq meydanının inşası yekunlaşır

17:38  “Qalatasaray”da şok itki – 5-6 ay olmayacaq

17:27  “Borussiya”da yeni müqavilə

17:20  Artur və Elxan Məmmədov

17:00  “Sabah”la oyuna 4 itki ilə

16:44  “Sabah”dan darmadağın, “Qarabağ”dan məğlubiyyət

16:31  Ekşteyn futbol turniri keçirir

16:15  Millimizin heyətində dəyişiklik edildi

15:44  Rıbka qayıdır: “Situasiyanı dəyişmək üçün çalışacağıq”

15:31  AÇ-2020: Pley-offun püşkü atıldı

15:21  Mourinyo “Tottenhem”i ÇL-ə çıxarsa...

15:00  Poçettino belə vidalaşdı

14:41  “Azərbaycanlılar futbolçu yox, turistdilər”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az